Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Dönərlə bağlı yeni qaydalar qiymətlərə təsir edəcək?

Tarix: 06-11-2024 11:14     Baxış: 460 A- / A+

Dönərlərlə bağlı yeni qaydalar təsdiqlənib.
Manevr.az Baku TV-yə  istinadən xəbər verir ki, çiy dönərin emalı üçün istifadə edilən ət yalnız Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən alınmalıdır.
Bəs görəsən, yeni qaydalardan sonra dönərlərin qiymətində hansısa dəyişiklik olacaq?
Dönərçilərin sözlərinə görə, qiymət artımı hələ ki yoxdur.
"Yeni qaydalarla tanış olmuşuq, əslində, yaxşı oldu. Bizdə hər şey qanun çərçivəsindədir. Başqa ərazilərdə qiymətlər qalxsa, bizdə də qiymət artımı olacaq", - deyə dönərçilərdən biri bildirib.
Qida Təhlükəsizliyi Agentliyindən qeyd edilib ki, çiy dönərin emalı ayrıca bölmədə, yaxud ictimai iaşə müəssisələrinin çiy dönərin bütün texnoloji proseslərinin aparılması üçün lazım olan avadanlıq və inventarla təchiz edilmiş bölmələrində həyata keçirilməlidir:
"Çiy dönərin emalı üçün istifadə edilən ət yalnız Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalı və baytarlıq-sanitariya ekspertizasından keçdiyini təsdiqləyən sənəd (ekspertiza aktı) ilə müşayiət edilməlidir. Çiy dönərin emalı başa çatdıqdan sonra, yaxud hazırlanmasında 3 saatdan artıq fasilə yarandıqda ətlə təmasda olan bütün avadanlıq ikigözlü vannalarda müvafiq ardıcıllıqla yuyulub təmizlənməlidir".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar