Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Su borcuna görə infarkt keçirdi

Tarix: 05-11-2024 23:01     Baxış: 347 A- / A+
İtaliyanın Sanremo şəhərində baş verən hadisə çaşqınlıq yaradıb.

88 yaşlı Caterina Giovinazzo kommunal ödənişləri özü ödəməmək üçün banka avtomatik ödəniş tapşırığı verib. 

Yaşlı qadının istehlakının çox məhdud olmasına baxmayaraq, ondan su üçün 17 min 855 avro hesablanıb. Bank hesabında 8 min 300 avro olduğu üçün şirkət su fakturasının 8 min 300 avrosunu çıxarıb və qalan 9 min 555 avro üçün bildiriş göndərib.

Bank hesabına girərkən bütün əmanətlərinin yoxa çıxdığını görən Giovinazzonun yaşadığı kədərdən sonra halı pisləşib. Xəstəxanaya yerləşdirilən yaşlı qadının infarkt keçirdiyi öyrənilərkən, 40 gün reanimasiyada qalan qadın bütün müdaxilələrə baxmayaraq həyatını itirib.

Söz mövzusu fəlakətdən sonra səlahiyyətlilər tərəfindən aparılan araşdırmada yaşlı qadının iki aylıq su istehlakının 62 avroya yaxın olduğu ortaya çıxıb. Su şirkəti hadisədə günahkar olduqlarını və səhv hesab çıxardıqlarını bildirərək, peşman olduqlarını deyiblər.

Qeyd edək ki, 88 yaşında dünyasını dəyişən Katerina Giovinazzonun ailəsi fəlakətə səbəb olan səhvə görə su şirkətinə böyük təzminat iddiası qaldırmağa hazırlaşır. news24.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar