Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Saxta diplomlu estetik həkimlər - Şok siyahı

Tarix: 05-11-2024 14:18     Baxış: 360 A- / A+


Azərbaycanda estetik əməliyyatlar həyata keçirən bir çox həkimin saxta diplomlar əldə edərək, tibb sahəsində fəaliyyət göstərdikləri iddia olunub.
Manevr.az xəbər verir ki, bununla bağlı jurnalist, ANS TV-nin 2015-ci ilədək ABŞ-dakı bürosunun rəhbəri olan Qənirə Ataşova İnstaqram səhifəsində siyahı paylaşıb.
O, “Azərbaycanın estetik cərrahiyyəsinin üzü” başlığı ilə paylaşdığı siyahıda yer alan 49 cərrahın rüşvət qarşılığında sertfikat əldə etdiyini qeyd edib.
“2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunub. Qanuna əsasən, rezidenturanı bitirməyənlər həkim ola bilməz. Amma heç bir estetik cərrah bu ixtisas üzrə rezidentura təhsili almayıb. Sual yaranır: Bəs necə oldu ki, bu adamlar bir gecədə estetik cərrah oldular?
Cavab sadədir, əziz oxucu! Səhiyyə Nazirliyinə “səmimi” bir rüşvət — düz, 30 min manat ödəyib, “möcüzəvi şəkildə” estetik cərraha dönüşmək mümkündür. Nazirlik 30 min manata dövlətin möhür və imzasını belə “hədiyyə” edir. Təsəvvür edin, gedib bir-iki gün xaricdə “təhsil” alır, sonra böyük mükafatla geri qayıdıb, “beynəlxalq sertifikatlı estetik cərrah” iddiası ilə çıxış edirlər.
Siyahını yaymaqda məqsədim heç kimi gözdən salmaq deyil. İstəyirəm, insanlarımız belə “müasir” və “asan” yolla estetik cərrah olan həkimlərə aldanmasın. Sənədlərdəki imzanın müəllifləri Səhiyyə Nazirliyi Elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova və nazirin müavini İlqar Qasımovdur”, - deyə o iddiasında bildirib.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə sorğumuza cavab olaraq qeyd edilib ki, plastik cərrahiyyə ixtisası üzrə qeyri-qanuni fəaliyyət göstərən şəxslər barədə 25 dekabr 2023-cü il tarixindən 23 fevral 2024-cü il tarixinədək araşdırma və nəzarət tədbirləri görülüb:
“Eyni zamanda bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən də müvafiq araşdırma həyata keçirilib.
Siyahıda adları göstərilən şəxslərin qeyd olunan müəssisələrdə fəaliyyətlərinin araşdırılması məqsədi ilə ümumilikdə 35 plandankənar (növbədənkənar) yoxlama aparılıb, aidiyyəti üzrə şəxslərin fəaliyyəti hər bir müəssisədə ayrıca araşdırılaraq müvafiq tədbirlər görülüb. Yekun olaraq, bir neçə müəssisədə adları qeyd olunan şəxslər müəyyən olunmayıb, bəzi hallarda əmək müqavilələrinə artıq xitam verildiyi müəyyən edilib, 14 müəssisədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə intizam tənbeh tədbiri olaraq inzibati cərimə tətbiq edilib. Bir neçə halda fəaliyyəti aşkar olunan şəxslərin həmin müəssisələrdə fəaliyyətinə xitam verilib və ümumilikdə bütün müəssisə rəhbərliklərinə bu istiqamətdə xəbərdarlıq edilib. Mərkəzin səlahiyyətlərinə aid olmayan müəssisələrdə və məlumat natamam olan (və ya qeyri-müəyyən olan) hallarda araşdırma aparılmayıb. Məsələ daimi nəzarət altındadır. Yeni faktlar olduğu halda nəzarət tədbirləri görüləcək.
Vətəndaşlar özəl tibb müəssisələrində qarşılaşdıqları mənfi hallarla əlaqəli şikayətləri Analitik Ekspertiza Mərkəzinin “qaynar xətt” (596 05 20) nömrəsinə, www.pharma.az saytının "Müraciət" bölməsinə və ya aem@pharma.az elektron ünvanına bildirsinlər”.
Azərbaycanda estetik cərrahiyyə ixtisasının olmadığını xatırladan mərkəz ölkədə bu sahə üzrə mütəxəssislərin fəaliyyət göstərməsi məsələsinə aydınlıq gətirib:
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları” təsdiq edilib (https://e-qanun.az/framework/19507). Buna əsasən, Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti müəyyən edilib. Plastik cərrahiyyə üzrə rezidentura təhsili almaq üçün 5 il müddət göstərilib.
O ki qaldı xaricdə oxuyub gələnlərə, ölkəyə döndükdən sonra təhsil proqramları Azərbaycan qanunlarına uyğundursa, Təhsil və Səhiyyə nazirliklərində diplomlarını təsdiqlədərək, çalışa bilərlər”.
Səhiyyə Nazirliyinin məsələyə açıqlamasından görünür ki, qeyri-rəsmi şəkildə fəaliyyət göstərən “estetik cərrahlara” qarşı geniş əməliyyatlar həyata keçirilib və keçirilməkdə də davam edir. Bir sözlə, siyahıda adı olan həmin şəxslərin qurum tərəfindən “diplomlaşdırıldığı”, onlara “pul ilə sertifikat satıldığı” təsdiqlənmir.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar