İnsanlar öz toylarının digər toylardan fərqli, daha çox yaddaqalan, daha görkəmli olması üçün aylarla hazırlıq görürlər. Əlbəttə ki, hər şeyin yaxşısını istəmək olar. Amma hər şeyin yaxşısı heç də ucuz başa gəlmir. Bəs toyun əsas atributlarından biri olan gəlin maşınları bəyləri nə qədər xərcə salır?
Manevr.az xəbər verir ki, lent.az-a toy edəcək cütlüklər üçün bəy-gəlin maşınları bazarında mövcud vəziyyəti araşdırıb.
Bəziləri gəlini öz maşını ilə gətirsə də, maşını olmayanlar məcbur olub, avtomobil icarəyə götürürlər.
Nə qədər adi görünsə də, əslində, bəy-gəlin maşınına çəkilən xərc heç də digər toy xərclərindən geridə qalmır.
Gəlin maşınlarının qiyməti onun markasından və saatından asılı olaraq dəyişir. Təbii ki, avtomobilin gedəcəyi ünvanların şəhər daxilin olub-olmaması da qiymətə təsir göstərir.
Bu gün ən çox tələbat "Mercedes-Benz"in "S-class" və "Gelandevagen" modellərinədir. "S-class" modelinin yenisi günlük 700 manata, "Gelandevagen" 500 manata icarəyə verilir.
Hazırda dəbdə olan "Rolls-Royce"-un isə kirayəsi elə də ucuz başa gəlmir. Bu avtomobilin yeni modelinin qiyməti 1000-1500 manat civarında dəyişir.
Avtomobilləri rayona getmək üçün kirayələdikdə isə təbii ki, kilometrə görə əlavə ödəniş tələb olunur.
Düşünə bilərsiniz ki, imkanı yaxşı olmayan bəylər bu qiyməti ödəyib gəlinini toya apara bilməz. Yanılırsınız. Sözügedən marka avtomobilləri 200-400 manata kirayələmək də mümkündür. Lakin bu qiymətə həmin markaların sadəcə köhnə modellərini tapa bilərsiniz.
Qeyd olunan qiymətlərə bəzi kirayə maşın yerlərində bəzək və benzin daxil olsa da, digərlərində bu əlavə xidmətlər 30-50 manata başa gəlir.
Nəysə ki kirayə qiymətləri mürəkkəb olsa da, şərtləri sadədir. Əgər sürücünü kirayə şirkəti verirsə, heç bir sənədə ehtiyac duyulmur. Maşını bəy özü idarə edəcəksə, sürücülük və şəxsiyyət vəsiqəsinin surətini şirkətə verməlidir.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar