Xəbər lenti
Azərbaycanda rus sonluqlu soyadları dəyişmək məcburidir? - AÇIQLAMA
Lakin sosial şəbəkələrdə bu qərarın məcburi olacağı barədə məlumatlar yayılıb. Belə ki, iddialara görə “ov, yev” soyad sonluqlarının tam ləğv olunacaq.
Ümumiyyətlə, belə bir qadağanın olması gözlənilirmi?
Manevraz-ın xəbərinə görə, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Fazil Mustafa bildiirb ki, bu hüquq verilib, dəyişiklik edib-etməmək isə insanların könüllü seçimidir:
“Bu məsələ qanunvericiliklə öz həlini tapmalıdır. Bunu xüsusi məcburiyyət formasında tətbiq etmək yanlış olar. Kim istəyirsə, dəyişə bilər. Dəyişmək istəməyi isə məcbur etmək olmaz. Burada könüllülük prinsipi rol oynayır”.
“Bəzən bir identifikasiyanı 30 il öncənin tələblərinə uyğun görmək istəyirik, lakin indi müstəqil dövlətimiz var. Soyadın fərqli olması kiminsə vicdanlı və ya dürüst olması, ya da milli soyad götürənlərin milliliyə daha bağlı olması mənasına gəlmir. Bunu insanların öz seçiminə buraxmaq lazımdır. Qaşınmayan yerdən qan çıxarmağa ehtiyac yoxdur”, - millət vəkili qeyd edib.
Manevraz
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar