Xəbər lenti
General Mirzəyev HƏBS EDİLDİ
Rusiyanın Moskva şəhərində Rusiya Qvardiyasının Təchizat İdarəsinin rəis müavini, əslən azərbaycanlı olan general-mayor Mirzə Mirzəyev korrupsiya ittihamı ilə həbs edilib.
Bu barədə"Mash" Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, 52 yaşlı Mirzə Mirzəyev Cənub bölgəsi komandanının keçmiş müavini olub və tez tikilə bilən binaların modulları üçün təchizatçılardan 140 milyon rubl (təxminən 1.4 milyon dollar) tələb edib.
Əks halda, 480 milyon rubl (təxminən 4.8 milyon dollar) dəyərində olan müqaviləni ləğv edəcəyi ilə hədələyib.
Təchizatçı şirkət, Mirzəyevə pulları vasitəçi yolu ilə çatdırsa da, o, sonradan saxlanılıb. Mirzəyevin hüquq müdafiəçiləri onun ev dustaqlığında saxlanılması tələbi ilə çıxış ediblər, lakin məhkəmə onun törətdiyi cinayətin xarakterini nəzərə alaraq həbsxanaya göndərilməsinə qərar verib. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar