Xəbər lenti
Nikahdan sonra alınan evdən qayınanaya pay düşə bilər?

Belə olan halda ev sahibi qəfildən rəhmətə gedərsə, evdə qeydiyyatda olan qohumlar mirasdan pay tələb edə bilərlər?
Mövzu ilə bağlı hüquqşünas Emil Aslanov açıqlamasında bildirib ki, qanunvericiliklə qeydiyyat məsələsində heç bir pay bölgüsü nəzərdə tutulmayıb.
“Evin mülkiyyətçisi rəhmətə getdikdə birinci növ vərəsələrə, yəni yoldaşına, anasına, atasına və övladlarına pay düşür.
Əgər mülk birgə nikah dövründə əldə edilibsə, bu halda ev ər-arvad arasında ikidəbir hissədə bölünməli, ondan sonra isə vərəsələr arasında bölünməlidir. Əgər ər vəfat edibsə, onun payına düşən ikidəbir hissədə yenidən arvadın da payı var, digər birinci növ vərəsələrin də.
Qanuna görə, əgər ev satılırsa və ya bağışlanırsa, evdə qeydiyyatda olanların razılığı alınmalıdır. Əgər razılıq vermirlərsə, o zaman mülkiyyətçi onları qeydiyyatdan çıxarmaq hüququna da malikdir, o halda ki, onların mülkdən istifadə hüququ yoxdur”, – deyə hüquqşünas bildirib. konkret.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar