Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

COP29-a görə metroda hansı yeniliklər edildi?

Tarix: 03-11-2024 14:49     Baxış: 450 A- / A+
COP29 zamanı şəhər mərkəzi, tədbir məkanları istiqamətində nəqliyyatın hərəkətinə ediləcək dəyişikliklər və digər təşkilati məsələlərə uyğun olaraq, “Bakı metropoliteni” QSC stansiyalarının hazırlığı yekunlaşdırılıb. Hazırlıq dövründə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və digər qurumlarla sıx əlaqəli fəaliyyət təmin edilib.

QSC-dən bildirilib ki, COP29 konfransının keçiriləcəyi Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən “Koroğlu” stansiyası istiqamətində nəqliyyat mübadilə mərkəzlərinin iş rejiminin dəyişdirilməsi ilə əlaqədar Bakı metrosunda müvafiq tədbirlər görülüb. Avtobus marşrutlarının əsas hissəsinin yönləndiriləcəyi “Ulduz” stansiyasının vestibülündə 2 əlavə “BakıKart” terminalı yerləşdirilib. Stansiyanın ərazi və texniki imkanları nəzərə alınmaqla, sərnişinlərin girişinin daha intensiv təşkili məqsədilə avtomat buraxılış-nəzarət məntəqəsində 4 əlavə turniket quraşdırılıb. Buna uyğun olaraq, nəzarətçi köşkü yenilənib, əlil arabası istifadəçilərinin rahat keçidini təmin edən zona yaradılıb. Stansiyanın digər keçidi istiqamətində sərnişin axını istiqamətlərinin daha münasib tənzimlənməsi üçün nəzarətçi köşkü yenilənib.
Stansiyanın platforması, keçidlərində avtobus marşrutlarının istiqamətini rahatlıqla müəyyən etmək üçün müvafiq nişanlama işləri aparılıb, məlumat lövhələri yerləşdirilib. COP29-un gedişində digər əlavə tədbirlərin görülməsi diqqətdə saxlanılacaq.
Stansiya infrastrukturunun fəaliyyətinin təşkili, sərnişin axınının tənzimlənməsi, nəzarət mexanizmlərinin tətbiqi və digər məsələlərlə əlaqədar stansiyalarda texniki imkanlar qiymətləndirilməklə müvafiq hazırlıq tədbirləri görülüb. Şəhər mərkəzi istiqamətində avtobus marşrutlarının yönləndiriləcəyi metronun “Xətai”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar dostluğu” və “Əhmədli” stansiyalarında da nəzarət və tənzimləmə mexanizmləri həyata keçiriləcək.
Ümumiyyətlə, adi iş rejimi şəraitində tətbiq edilən nəzarət qaydaları qüvvədə saxlanılmaqla, əlavə növbətçilik cədvəlləri tərtib edilib. Bütün stansiyaların, həmçinin infrastruktura uyğun digər strukturların rəhbər və mütəxəssislərinin cəlb edilməsi ilə metro stansiyalarının infrastrukturuna, mühəndis-texniki qurğulara əlavə nəzarət mexanizmləri təmin ediləcək, sərnişin məmnunluğu və rahatlığı diqqətdə saxlanılacaq.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar