"Sərhəd Nəzarətinin Komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən etibarən axtarışda olan 26 min 865 nəfər saxlanılaraq aidiyyəti dövlət orqanlarına təhvil verilib, ümumilikdə 86 min 123 əməliyyat tapşırığı yerinə yetirilib".
Manevr.az xəbər verir ki, bunu DSX-nin Sərhəd Nəzarəti Komandanlığında keçirilən mediaturda DSX Sərhəd Nəzarətinin rəisi Elşən Verdiyev deyib.
O qeyd edib ki, dövlət sərhədindən keçməyə hüquq verən sənədləri olmayan 58 min 503 nəfər barəsində müvafiq qərarlar qəbul edilib.
"Eyni zamanda, müxtəlif səbəblərdən "arzuolunmaz şəxs" qismində 2 min 106 əcnəbi ölkə ərazisinə buraxılmayıb.
Qarşılıqlı əlaqədə olaraq qaçaqmal və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 3 min 599 halda aşkar edilərək götürülmüş qaçaqmalın ümumi təxmini dəyəri 442 milyon 227 min 857 manat təşkil edib, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində 1028 halda ümumi çəkisi 7 ton 422 kiloqram 400 qram narkotik vasitə və 86 min 246 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılıb", - deyə E.Verdiyev əlavə edib.
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































