Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Avtomobil alarkən ƏDV geri qaytarılacaq? - AÇIQLAMA

Tarix: 01-11-2024 14:14     Baxış: 344 A- / A+

Avtomobil alarkən ƏDV geri qaytarılacaq? - AÇIQLAMA

2022-ci ildən ölkə üzrə yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması prosesinə başlanılıb. Qaydaya görə, vətəndaş ev alarkən ödədiyi ƏDV-nin 30 faizini geri ala bilir. Evlərlə bağlı belə qaydanın olması yeni alınan avtomobillərlə bağlı ƏDV tələb olunmasına yol açıb. Belə ki, sosial şəbəkələrdə vətəndaşlar avtomobillər üçün də ƏDV-nin geri alınması qaydasının tətbiq olunmasını tələb edirlər.
 
Bəs vətəndaş avtomobil alarkən də ƏDV-si geri qaytarılmalıdırmı?
 
Manevraz-ın xəbərinə görə, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən hüquqşünas Turan Abdullazadə bildirib ki, ƏDV adətən geyim, elektronika və qida məhsullarından tutulur:
 
“Vergi Məcəlləsinin 173-cü maddəsinə əsasən, əlavə dəyər vergisinin dərəcəsi 18 faizdir. ƏDV məhsulların, malların və xidmətlərin dəyərinə əlavə edilən vergidir. Bu vergi həmin məhsulu və xidməti alan şəxslər tərəfindən dövlətə ödənilir və ödənilən ƏDV-nin bir hissəsi vətəndaşa geri qaytarılır. ƏDV-nin hesablanma qaydası çox sadədir. Məsələn, 2000 manatlıq məhsul almısınızsa, həmin məbləği vurursunuz 18 faizə, 360 manat edir. Əgər nağdsız ödəniş etmisinizsə, 15 faizi, yəni 54 manatı, nağddırsa, 10 faizi, yəni 36 manatı sizə geri qayıdır”. 

 
Hüquqşünas qeyd edib ki, avtomobil ƏDV tutulan məhsullara aid edilmir:
 
“ƏDV-dən azad olan məhsul və xidmətlər də var. Bunlar un məmulatları, kənd təsərrüfatı məhsulları, təhsil və səhiyyə xidmətləri və ixrac olunan məhsullardır. Qanunvericiliyə edilmiş yeni dəyişikliyə görə, ƏDV-nin qaytarılması avtomobil, alkoqollu içki və tütün məmulatlarına da aid edilmir”. 
 
T.Abdullazadə vurğulayıb ki, evlərin ƏDV-sinin qaytarılması ilə bağlı müəyyən şərtlər var:
 
“Yeni tikilmiş binadan yaşayış və ya qeyri-yaşayış sahəsi mənzil almısınızsa, ƏDV-nin bir hissəsi sizə geri qaytarılmalıdır. Lakin bunun müəyyən şərtləri var. Belə ki, MTK-dan mənzil alırsınızsa, mütləq ödənişi nağdsız qaydada, yəni MTK-nın bank hesabına pulu köçürməklə etməlisiniz. Bundan başqa, ƏDV-nin geri qaytarılması üçün bina tikilib, tam təhvil verilməlidir. Bu zaman, ƏDV-nin 30 faizi sizə tam geri qayıdır.  Bu imkanlardan yararlanmaq istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin portalında qeydiyyatdan keçməlidir”.

Manevraz

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar