Xəbər lenti
Bakıda məşhur hospital hüquq-mühafizə orqanları tərəfindən TƏFTİŞ EDİLİR

Klinikada bəzi nöqsanlar aşkarlanıb.
Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Adıçəkilən klinikada aparılan yoxlamalarla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib ki, "General Hospital" barəsində daxil olan rəsmi müraciətə əsasən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq AEM tərəfindən plandankənar (növbədənkənar) yoxlama keçirilib və yoxlama materialları aidiyyəti üzrə növbəti icraata göndərilib.
"General Hospital" klinikasının baş həkimi Rüstəm Mikayılov yoxlamaların hazırda da davam etdiyini bildirib:
"Vətəndaşa verdiyimiz bülletenlə bağlı yoxlama aparıldı. İndi də klinikada yoxlama var.
"Həmin işlə bağlı hazırda Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır. Getdik, prokurorluqda məsələ ilə bağlı məlumat verdik. İş yekunlaşdıqdan sonra məhkəməyə göndərəcəklər", – deyə o qeyd edib. unikal
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar