Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hikmət Həsənovun köməkçisinə hökm oxundu

Tarix: 31-10-2024 17:14     Baxış: 440 A- / A+



"Tərtər işi" üzrə mühakimə olunan sonuncu dəstənin məhkəmə araşdırması başa çatıb.
Manevr.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü iclasda hökm oxunub.
Sədrlik edən hakim Zeynal Ağayev elan edib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar məhkəmə istintaqı ilə təsdiqini tapıb.
Hökmə əsasən, Fuad Ağayev 13 il, Cavid Ağadadaşov və Qurban Cümşüdova 10 il,  Fuad Axundov və Ramil Əhmədov isə 9 il 6 azaslıqdan məhrum edilib.  
Son ikisi istisna olmaqla, digərləri bu işdən əvvəl həbsdə idilər. Hökmdə qeyd olunur ki, onların çəkilmiş cəzaları nəzərə alınmaqla yekun olaraq- C.Ağadadaşov və F.Axundovun üzərində 4 il azadlıqdan məhrum etmə cəzası saxlanılıb. Sabiq korpus komandiri Hikmət Həsənovun köməkçisi F.Ağayev isə hələ 2017-ci ildən "Tərtər işi"nə görə məhkum edilmişdi. Onun artıq 6 il çəkilməmiş cəzası qalıb.

Qeyd edək ki, "Tərtər işi" üzrə istintaq 2021-ci ildə yenilənib. Həmin vaxtdan sonra ən ağır cəza Fuad Ağayevə verilib. Mayor rütbəsi ilə xidmət etmiş Ağayev cinayət baş verən dövrdə sabiq korpus komandiri general-mayor Hikmət Həsənovun hüquq məsələləri üzrə köməkçisi işləyib.
Amma o, da digər müttəhimlər kimi özünü təqsirli bilməyib, bəraət istəyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar