Xəbər lenti
Həbsdə olan müavinin və sabiq şöbə müdrinin əmlakları geri qaytarıldı

Manevr.az pravda.az-a istinadən xəbər verir ki, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayətləri təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilib. Belə ki, məhkəmənin hökmü ilə Tacəddin Novruzovun mülkiyyətində olan Kürdəmir rayonu, Atakişili kəndində yerləşən fərdi yaşayış evinin ½ hissəsinin və Natiq Kərimovun mülkiyyətində olan 41,5 kv.m qeyri-yaşayış binasının ½ hissəsinin üzərinə qoyulmuş həbs götürülüb və həmin əmlakların ½ hissəsinin müsadirə olunması ilə bağlı müddəalar hökmdən xaric oluub. Hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.
Xatırlatma: RİH-in sabiq icra başçısı Ceyhun Cəfərov və rayonun digər vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında keçirilən əməliyyatla həbs olunublar.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il üç ay, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov 4 il, Mənzil İstismar Sahəsinin rəisi Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib. Kommunal Müəssisələr Kombinatının direktoru Məhəmmədəli Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunub. Sonradan Şirvan Apellyasiya Məhkəməsi hökmü dəyişib. Qərara əsasən, Ceyhun Cəfərovun cəzası 6 ilə endirilib.
Bundan başqa, sabiq icra başçısı ilə birgə tutulan İH başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun cəzası 5 il 10 aya, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynovun cəzası 5 il 6 aya, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqovun cəzası isə 2 ilə endirilib. Ali Məhkəməsi isə Ceyhun Cəfərovun cəzasını 4 il 6 aya endirib. Bir neçə gün əvvəl isə məhkəmənin qərarı ilə Ceyhun Cəfərov məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb. Xəzər Rayon Məhkəməsinin qərarına əsasən, Məhəmməd Musayevin cəza müddətinin 2/3 hissəsini çəkməsini nəzərə alaraq qalan 1 il 4 ay cəzadan şərti olaraq azad edilib.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar