Xəbər lenti
Azərbaycanda uzunömürlü insanlar niyə azlıq təşkil edir? - VİDEO
Azərbaycanda yaşı 100-dən çox olan insanların sayı kəskin azalıb.
Manevr.az-ın xəbərinə görə, belə ki, BMT-nin Dünya Sağlamlıq Təşkilatının açıqladığı statistikada Azərbaycan 110-cü yerdə qərarlaşıb. Bir vaxtlar Azərbaycan uzunömürlülər diyarı kimi tanınsa da, artıq bu ənənə dəyişmək üzrədir.
Sosioloq Üzeyir Şəfiyev deyir ki, müxtəlif ölkələrdə fərqli fikirlər var. Məsələn Azərbaycadan 80 yaşdan yuxarı şəxslər uzunömürlü kimi qeyd olunursa, digər ölkələrdə 90-100 yaşdan yuxarı şəxslərə bu aid olur. Onun sözlərinə görə, orta ömür uzunluğu kişilər üçün 71, qadınlar üçün 76 sayılır. Əvvəllər doğum qeydiyyatının düzgün aparılmaması da hazırki statistikalara ciddi təsir edir.
Həkim Terapevt Qoçəli Nağıyevin fikrincə isə, hazırda uzunömürlülüyə həkim müayinələrindən vaxtaşırı keçməmək ciddi təsir edir. Onu sözlərinə görə, ölüm səbəblərinə görə, ürək damar xəstlikləri öndə gəlir.Terapevt onu da bildirir ki, siyahıda uzunömürlü yaşına çata bilməyən kişilər qadınlara nisbətdə daha çoxluq təşkil edir. Burda da stress faktorları ön sıralarda gəlir. Stresssiz həyat təsəvvür etmək nə qədər çətin olsa da, uzun ömür yaşamaq üçün bu kimi amillər nəzərə alınmalıdır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar