Xəbər lenti
Məhkum yeniyetmələrin sayının artma səbəbi nədir?
Sosioloq Lalə Mehralı bildirib ki, yeniyetmələrin törətdiyi hadisələr anidən baş vermir:
"Hadisələr ani baş verə bilər. Əslində isə o hadisənin başvermə prosesi ani deyil. Yəni, uzun müddət işlənilmiş plan kimidir. Biz övladımızı yedirdib, içirdib, geyindiririk. Onun təhsilli və yaxşı vətəndaş olaraq yetişdirməyə çalışırıq. Amma bizdən asılı olmayan faktorları bəzən unuduruq. Bu faktorlar isə qida deyə aldığımız geni dəyişdirilmiş, modifikasiya olunmuş məhsullardır, təmizdir deyə udduğumuz havadır, uşaqlarımızın nəyə baxdığından xəbərsiz olduğumuz üçün izlədikləri cizgi filmləridir vəs. Əslində övladlarımız mühasirəyə alınıb amma biz fərqində deyilik. Vəziyyətin o qədər ciddi olduğunu düşünmürük. Bir oyunun onun psixalogiyasını korlayacağının fərqində deyilik. Geni dəyişdirilmiş hər hansı bir qidanın övladımızın psixalogiyasında iz buraxacağını, onu zorakılıq törətməyə meyilləndirəcəyinin fərqində deyilik. Amma hamısı az-az bir birinin ardınca düzüldükdə bu proses əmələ gəlir. Bir zəncir və onun halqalarını düşünün. Qeyd etdiyimiz faktorların hamısı bir zəncir halqasıdır və nəticədə həmin halqalar birləşərək sözügedən zənciri yaradır. O zəncir isə baş verən mənfi hadisələrlə nəticələnən prosesdir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar