Xəbər lenti
İşə düzəltmək adı ilə qadının beş min manatını MƏNİMSƏDİ
Bu barədə zərərçəkmiş Nahidə Zinhar qızı Əliyeva bildirib ki, onun kürəkəni ilə Ülvi Bədəlov tanış olublar. Ülvi ona lazım olsa, qohumlarını işə düzəldə biləcəyini bildirib.
Elə hər şey bundan sonra başlayıb.
Nahidə Əliyeva oğlunu işə düzəltmək üçün Ülvi Bədəlova müraciət edib. O bu iş üçün Nahidə Əliyevadan 5100 manat pul istəyib. Nahidə Əliyeva pulun bir hissəsini ona verib. Digər hissəsini isə verəndə əlində sübut olsun deyə həmin görüntüləri lentə alıb. Ülvi Bədəlov ona 10 gün müddətində oğlunun işə çıxacağını deyib. Amma Nahidə Əliyeva nə qədər gözləsə də, Ülvidən bir xəbər çıxmayıb. Dəfələrlə ona müraciət etsə də, heç bir nəticə olmayıb.
Bundan sonra Nahidə Əliyeva polisə müraciət edib.
Sözügedən şikayətlə bağlı Ülvi Bədəlovla əlaqə yaratmaq cəhdləri nəticəsiz qalıb.
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır və tezliklə məlumat veriləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar