Xəbər lenti
Sumqayıtın bu ərazilərində sabah işıq olmayacaq

Sabah Sumqayıt şəhərinin bir sıra yerlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Manevr.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilir ki, Sumqayıt Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə 110/10 kV-luq “Sumqayıt-2” yarımstansiyasında həyata keçirilən təmir işləri ilə əlaqədar oktyabrın 31-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək 6, 9, 10, 12, 13-cü mikrorayonlar, 47, 48-ci məhəllə, Yaşıldərə yaşayış massivi, Corat və Saray qəsəbələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar