Xəbər lenti
Bu gecə Sumqayıtın bəzi ərazilərində işıq kəsiləcək

Manevr.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilir ki, Sumqayıt RETSİ-nə (Rayon Enerji Təchizatı və Satışı İdarəsi) daxil olan bəzi ərazilərdə 10/35/6 kV-luq 135 saylı yarımstansiyada həyata keçirilən profilaktik təmir işləri ilə əlaqədar oktyabrın 30-da elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq, saat 00:00-dan saat 03:00-dək Sumqayıtın 3, 7-8-12, 10, 15, 16, 21, 22, 29, 36, 39, 41a, 41, 42, 76-cı məhəllələr, 1, 2, 3, 4, 8-ci mikrorayonlar, İnşaatçılar, Katec qəsəbələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































