Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakı Olimpiya Stadionunun ərazisi bu tarixdən tam istifadəyə veriləcək

Tarix: 29-10-2024 17:58     Baxış: 397 A- / A+
Bakı Olimpiya Stadionunun ərazisi noyabrın 4-dən etibarən tam istifadə ediləcək.
Manevr.az xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə memorandum imzalanma mərasimində bildirib.
"Bakı Olimpiya Stadionunun ərazisi və müvəqqəti qurğular 4 noyabrdan etibarən tam istifadə ediləcək", - deyə o bildirib.
Qeyd edək ki, cari ilin 4 noyabr tarixindən etibarən Bakıda COP29-a dair ilkin sessiya [işçi qrupu] görüşləri başlanacaq.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar