Sizin Reklam Burada
Xəbər lenti
25-02-2025
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

Burun və qulaq əməliyyatı etdirənlərin nəzərinə! - Şəxsiyyət vəsiqənizi dəyişməsəniz...

Tarix: 25-10-2024 18:48     Baxış: 366 A- / A+
Burun və qulaq əməliyyatı etdirənlərin nəzərinə! - Şəxsiyyət vəsiqənizi dəyişməsəniz...
Son illərdə plastik əməliyyat etdirənlərin sayı artıb. Bunlara qulaq və burun əməliyyatları da daxildir. İddialara görə, qulaq və burun əməliyyatları insanın üz quruluşunda dəyişikliklərə səbəb olduğu üçün şəxsiyyət vəsiqələri dəyişilməlidir. 
Qanunda belə bir məcburiyyət varmı? Əgər həmin şəxslər şəxsiyyət vəsiqələrini dəyişməsələr, hansısa problemlə qarşılaşa bilərlərmi?

Manevr.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Emin Kiçikbəyov bildirib ki, qanunda belə bir tələb yoxdur:

“Ümumiyyətlə, şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən həyata keçirilir. İstənilən vətəndaş ASAN xidmətdə bu proseslə bağlı maraqlana bilər. Plastik əməliyyatlardan sonra şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı qanunda tələb yoxdur. Təbii ki, gələcəkdə belə dəyişikliklər baş verə bilər. Düşünürəm ki, ciddi məsələdir. Bu barədə qanunda dəyişiklik edilməlidir”. Vəkilin sözlərinə görə, sözügedən şəxslərin şəxsiyyət vəsiqələrini könüllü dəyişməsi öz xeyirlərinə olar:

“Əgər vətəndaşın şəxsiyyət vəsiqəsindəki foto ilə real həyatdakı görünüşü uyğun gəlmirsə, həmin şəxslərə problem yarana bilər. Məsələn, sərhəd xidmətində yoxlanışdan keçərkən araşdırılmaya və gecikmələrə səbəb ola bilər. Bu baxımdan həmin şəxslər könüllü vəsiqələrini dəyişsələr, daha yaxşı olar”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar