Xəbər lenti
Bu Avropa xalqının əcdadı azərbaycanlılardır – Nadir sənəd
Hall 70 illik karyerası ərzində ABŞ-da və xaricdə təxminən 8000 mühazirə oxumuş, 200-dən çox kitab və esse yazmış, müxtəlif jurnallarda saysız-hesabsız məqalələr dərc etdirmişdir. İndi sizlərə onun "Fəlsəfə, elm və dinə həsr olunmuş həftəlik qəzet"də 24 noyabr 1926-cı ildə (A Weekly Newspaper Devoted to Philosophy, Science and Religion Manly P. Hall Vol. 3 No. 1 November 24, 1926) dərc etdiyi bir məqaləni təqdim edirəm:
"Şimal salnamələrindən aydın olduğu kimi, Asiyadan olan Aser tayfasının başçısı Ziqqe xristian erasının I əsrində öz tayfasını Xəzər dənizi və Qafqazdan Şimali Avropaya aparmışdır. O, Qara dənizdən Rusiyaya keçib, orada oğullarından birini hökmdar qoyur. Saksoniya və Frankiyada da eyni şeyi edir. Sonra o, beşinci oğlu Skoldu hökmdar kimi tanıyan Danimarkaya köçür və oradan da İsveçə gedir, burada Gilf heyrətamiz sərgərdana hörmət edərək, onun sirlərini açır" (Mənbə: BURADA).
Manli Palmer Hall Odinin Xəzərdən olan Azər olduğunu iddia edir və qədim massaget tayfası olan “auqas”ı “oğuz” etnonimi ilə eyniləşdirir.
Qeyd edim ki, dünya şöhrətli səyyah-tədqiqatçı Tur Heyerdal 1980-2000-ci illərdə Azərbaycana bir neçə səfər edib və həyatının son illərində Qafqaz və Skandinaviya arasındakı qədim əlaqələrə yönəldilmiş layihələr üzərində işləyib. O yazır:
"Azərbaycan, onun Xəzərboyu sahilləri avropalıların, xüsusilə Skandinaviya xalqlarının ana vətəni olmuş, Avropa mədəniyyətinin kökü də məhz bu diyardan başlanmışdır" (Mənbə: BURADA)
Maraqlıdır ki, "The Collected Norse Sagas" əsərində də müəllif Snori Saturlson 1241-ci ildə qələmə alınmış island saqalarına istinad edərək yazır:
"Vikinq kralları mühacir Odinin nəsilindəndirlər. Odin öz adamları ilə birlikdə Roma istilasından qaçmaq məqsədilə Qafqaz dağlarının və Qara dənizin şərqində yerləşən Aser adlanan torpaqlardan təqribən eramızın 100-cü ilində köç etmişlər" (Kitabı oxumaq üçün mənbə).
Hesab edirəm ki, bunlarla yanaşı bu cür qeyd olan yazılar “Kon-Tiki” muzeyində, İsveç, Norveç, İslandiya arxivlərində də mövcuddur və onları araşdırmağa ehtiyac var. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar