Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Maşının qiymətinə görə cərimə dəyişə bilər?

Tarix: 24-10-2024 20:41     Baxış: 355 A- / A+

Avtobus və velosiped zolaqlarına daxil olan avtomobillərin sürücülərinə eyni məbləğdə cərimə tətbiq edilir. Maşının qiyməti baha da olsa, ucuz da.
Sosial şəbəkədə sözügedən mövzu müzakirəyə çıxarılaraq qeyd edilib ki, bu sistem yanlışdır.

İstifadəçilərin fikirlərinə görə, bahalı avtomobillərə daha çox cərimə tətbiq edilməlidir.
Manevr.az xəbər verir ki, Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında “maşının qiymətinə görə cəza dəyişməlidirmi?” sualı ilə sorğu keçirib.
“Taksi sürücüsüyəm. 7 min manatlıq maşın sürürəm. Mənə də 100 manat cərimə gəlir, 150 minlik avtomobil sürənə də”, – deyə sakin narazılıq bildirib.
Bəs görəsən, cərimənin avtomobilin qiymətinə görə dəyişməsini reallaşdırmaq mümkündür?
Nəqliyyat eksperti Elməddin Muradlı məsələ ilə bağlı qeyd edib ki, bunun olması üçün qanunvericilik səviyyəsində dəyişiklik edilməlidir.
“Azərbaycanda buna ehtiyac olduğunu düşünürəm. Çünki bahalı avtomobilləri olan imkanlı adamlar qanunlara yuxarıdan aşağı baxırlar. Onlar üçün 100 manatlıq cərimənin əhəmiyyəti yoxdur”, – deyə ekspert əlavə edib

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar