Sizin Reklam Burada
Xəbər lenti
25-02-2025
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

Avtobus biletlərinə də endirim ediləcək? - AÇIQLAMA

Tarix: 24-10-2024 16:37     Baxış: 368 A- / A+

Avtobus biletlərinə də endirim ediləcək? - AÇIQLAMA

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçir. Yeni qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişə biləcək. Bilet satış sisteminə inteqrasiya edilmiş qabaqcıl texnologiyalar sayəsində sərnişinlərə real vaxtda qiymətləri izləmək və ən uyğun səyahət vaxtını seçmək imkanı yaradılır.
 
Artıq səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15 % endirimdən yararlana biləcəklər. Yeni dinamik qiymət siyasəti müştərilərə daha geniş seçim təqdim edir. Sərnişinlər səyahətlərini öncədən planlaşdırmaqla endirimli qiymətlər əldə edə bilərlər.
 
Maraqlıdır, bu qiymət siyasəti ölkədaxili avtobus səfərlərinə də aid edilə bilərmi?
 
Manevr.az-ın xəbərinə görə, Modern.az mövzu ilə bağlı Bakı Beynəlxalq Avtovağzalı ilə əlaqə saxlayıb.
 
Qurumdan bildirilib ki, tariflər məsafəyə görə hesablanır və əvvəlcədən alınan bilətlərə görə endirim edilmir
 
“Ölkədaxili müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddinin müəyyən edilməsi haqqında 30 iyun 2024-cü il tarixli qərara əsasən, müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik müəyyənləşdirilib”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar