Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xoruza görə qonşularını məhkəməyə verdi

Tarix: 23-10-2024 22:48     Baxış: 358 A- / A+
Fransanın Burgoin-Jallieu şəhərində bir sakin qonşularının xoruzlarına (Ricco) görə şikayət edib.

Şikayətçi əvvəlcə meriyaya, sonra isə məhkəməyə şikayət edib. Şikayətdə bildirilir ki, qonşunun xoruzu onu narahat edir. Qeyd edək ki, Fransada bənzər bir məhkəmə işi 70 yaşlı sahibinə xoruzu kəsmək əmri verilməsi ilə başa çatmışdı.

Bu iş üzrə məhkəmə isə yanvar ayına planlaşdırılıb. Şikayətçi qadın bildirib ki, Rikkoya görə diqqətini cəmləməkdə və eşitməkdə çətinlik çəkir, eyni zamanda yuxusu da yoxdur. Səs-küyün nə gecə, nə də gündüz səngimədiyini deyən qonşunu xorusun banlaması narahat edir.

5 yaşlı quşun sahibləri isə bu iddia ilə razılaşmır. Onlar öz növbəsində izah ediblər ki, xoruzun qaldığı yerin qapısı avtomatlaşdırılmış sistemlə idarə olunur, ona görə də qapılar yalnız qışda saat 08:30-da, yayda isə saat 09:00-da açılır. Onların sözlərinə görə, Rikko səhər 15 dəqiqə ərzində təxminən 15 dəfə, gün ərzində isə daha bir neçə dəfə banlayır. Saat 20:00-da toyuq hininin qapısı bağlanır.

“Xoruz saxlayandan sonra özümüzə dedik ki, qonşuları narahat etməmək üçün saat 08:30-da toyuq hininin qapılarını açaq. Qışda toyuqlar artıq yumurta qoymurlar, çünki onların işığa ehtiyacı var, ona görə də qışda onu saat 8:30-da, yayda isə 9:00-da açırıq”- deyə Frank bildirib.

Frank bildirib ki, kənd həyat tərzindən həzz almaq üçün həyat yoldaşı ilə 25 il əvvəl Burgoin-Jallieu şəhərinə köçüb. Dava cütlüyü təəccübləndirib. Əvvəlcə narazı qonşu meriyanın ofisindən keçməyə çalışsa da, buna nail ola bilməyib.

"Qonşuların hamısına baş çəkdik, çoxunu 25 ildir burada yaşadığımız üçün tanıyırıq. Hamısından xoruzumuzun onları narahat edib-etməməsini soruşduq. Həmsöhbətlərimizin hamısı bildirdi ki, xoruz onları narahat etmir. Onlar da tam əksinə xoruzun necə banladığını eşitmək istədiklərini bildirdilər”- deyə xoruz sahibi vurğulayıb.

Məlum olub ki, iddiaçı kəndə 2021-ci ildə köçüb. O, israr edir ki, qışqırıqlar onun həyət evindən həzz almasına və yaxşı yatmasına mane olur.

Hüquqi mübahisə 2021-ci ildə qəbul edilmiş "Fransa kəndinin hissiyyat irsini müəyyənləşdirmək və qorumaq məqsədi daşıyan" qanundan qaynaqlanır. Xoruz sahibləri deyirlər ki, onlar həmişə kənd mühitində yaşayıblar. Qonşu isə əmindir ki, ərazi artıq kənd ərazisi deyil

“Bu iş nə qədər gülməli səslənsə də, bu, Fransada ciddi məsələdir”- media qeyd edir.

Qeyd edək ki, bu, son illərdə üçüncü belə haldır. Əvvəlki məhkəmə prosesləri Karuzo və Maurisin xoruzları ilə bağlı olub. Məhkəmə Karuzonun 70 yaşlı sahibinə banlamağı dayandırmağı əmr edib və ona bunun üçün ona üç ay vaxt verib.

"Mənim kəndim öz ruhunu və torpağını şəhərin inkişafına satır" - məhkəmənin sonunda 70 yaşlı kişi bildirib. sfera.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar