Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Mövlam Şıxəliyevlə dövlət qurumu arasında pensiya qalmaqalı

Tarix: 23-10-2024 15:29     Baxış: 389 A- / A+
Mövlam Şıxəliyevlə dövlət qurumu arasında pensiya qalmaqalı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev pensiya davasına başlayıb. 

Manevr.az
-ın qaynarinfo-ya istinadən məlumatına görə, o, pensiya təminatı ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlər Təyinat üzrə Mərkəzini məhkəməyə verib. 

Birinci məhkəmə instasiyası onun iddiasını təmin etməyib. Mövlam Şıxəliyev apellyasiya şikayəti verib. Onun şikayətinə hakim Şərafət Məmmədovanın sədrliyi ilə baxılacaq. 
Mövlam Şıxəliyev 2015-ci ildə "MTN işi" çərçivəsində həbs edilib. Ona Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Mövlam Şıxəliyevin Ali Məhkəmədə bəraət almaq cəhdi baş tutmayıb. 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar