Xəbər lenti
Bakıda bağçada uşaqlar dərmanla yatızdırılır?

"Əsmanur" Tədris İnkişaf Mərkəzdən bildirilib ki, sözügedən iddia yalandır:
"Həmin məlumatı bloqerlərdən biri paylaşıb. O, ötən cümə axşamı bağçaya gəlib, təpiklə qapını açıb. Bağçanın müəlliməsi buna əsəbiləşib və aralarında anlaşılmazlıq yaşanıb. Bloqer də deyib ki, mən sizi səhifəmdə paylaşıb rüsvay edəcəyəm. İddia edib ki, uşağı çox yatır. Gedib analiz verib, lakin uşağın qanında heç nə çıxmayıb".
"Qeyd olunan məsələ ilə bağlı kamera görüntüləri də var. Həmin bloqer ilə söhbət aparmışıq. Onun uşağı iki ildir ki, bizim bağçada təhsil alır. Bununla bağlı polisə də şikayət vermişdi, geri götürüb. Yanlış etdiyini boynuna alıb, üzr istəyib. Bununla bağlı yalan məlumat yazanlar barəsində də lazımi tədbir görüləcək", - deyə cavabda qeyd olunub.
Xatırladaq ki, "Ketotifen" - birinci nəsil antihistamin dərman vasitəsidir. Allergik xəstəliklərin profilaktikası, o cümlədən atopik bronxial astma, allergik bronxit, ot qızdırması, allergik rinit, allergik dermatit, övrə, allergik konyunktivit zamanı təyin olunur. Əks-təsirlərindən biri yuxululuqdur, eləcə də yüngül baş gicəllənməsi, psixi reaksiyaların yavaşlaması da müşahidə oluna, adətən, müalicənin başlanmasından bir neçə gün sonra yox ola bilər. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar