Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda bağçada uşaqlar dərmanla yatızdırılır?

Tarix: 22-10-2024 22:40     Baxış: 346 A- / A+
 Yasamal rayonunda yerləşən "Əsmanur" özəl uşaq bağçasında uşaqlara "Ketotifen" dərmanının verildiyi iddia olunur. Sosial şəbəkədə yayılan iddiaya görə, valideynlərdən bəzilərinin övladlarının qanlarında analiz zamanı həmin dərman aşkarlanıb.

"Əsmanur" Tədris İnkişaf  Mərkəzdən bildirilib ki, sözügedən iddia yalandır:

"Həmin məlumatı bloqerlərdən biri paylaşıb. O, ötən cümə axşamı bağçaya gəlib, təpiklə qapını açıb. Bağçanın müəlliməsi buna əsəbiləşib və aralarında anlaşılmazlıq yaşanıb. Bloqer də deyib ki, mən sizi səhifəmdə paylaşıb rüsvay edəcəyəm. İddia edib ki, uşağı çox yatır. Gedib analiz verib, lakin uşağın qanında heç nə çıxmayıb".

"Qeyd olunan məsələ ilə bağlı kamera görüntüləri də var. Həmin bloqer ilə söhbət aparmışıq. Onun uşağı iki ildir ki, bizim bağçada təhsil alır. Bununla bağlı polisə də şikayət vermişdi, geri götürüb. Yanlış etdiyini boynuna alıb, üzr istəyib. Bununla bağlı yalan məlumat yazanlar barəsində də lazımi tədbir görüləcək", - deyə cavabda qeyd olunub.

Xatırladaq ki, "Ketotifen" - birinci nəsil antihistamin dərman vasitəsidir. Allergik xəstəliklərin profilaktikası, o cümlədən atopik bronxial astma, allergik bronxit, ot qızdırması, allergik rinit, allergik dermatit, övrə, allergik konyunktivit zamanı təyin olunur. Əks-təsirlərindən biri yuxululuqdur, eləcə də yüngül baş gicəllənməsi, psixi reaksiyaların yavaşlaması da müşahidə oluna, adətən, müalicənin başlanmasından bir neçə gün sonra yox ola bilər. oxu.az

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar