Xəbər lenti
Bakıda həbsdə olan Vardanyan "Avtoinvest"in səhmlərindən imtina edib

"Troyka Dialoq" investisiya şirkətinin təsisçisi Ruben Vardanyan Rusiyanın ən böyük "Kamaz" yük maşınları istehsalçısının səhmdarları siyahısında olan "Avtoinvest" MMC-də pay sahibi olmaqdan çıxıb.
Manevr.az xəbər verir ki, bu barədə Hüquqi Şəxslərin Vahid Dövlət Reyestri, "BIR-Analyst" və "Kontur.Focus" məlumatlarında deyilir.
"Kamaz" nizamnamə kapitalı ilə bağlı cari məlumatları açıqlamır. 2023-cü ildə əsas səhmdarlara "Rostec" (47,1%), "Avtoinvest" (23,54%) və "Daimler AG" (15%) daxildir.
Qeyd edilir ki, Ruben Vardanyan 2024-cü il oktyabrın 17-dək "Avtoinvest"də 15%-ə sahib olub. Eyni tarixdən Dmitri Artyakov eyni paya sahib olmağa başlayıb. "Avtoinvest"in daha 50%-i Nikolay Timoxinə, 35%-i "Kamaz Koqogin"in baş direktoruna məxsusdur.
Yada salaq ki, 2022-ci ilin sentyabrında Ruben Vardanyan Qarabağa köçüb və noyabrın 4-də qondarma rejimin "dövlət naziri" təyin edilib. 2023-cü il fevralın 23-də o, tutduğu "vəzifədən azad edilib", sentyabra qədər Qarabağda qalıb. Sentyabrın 27-də Azərbaycan tərəfindən həbs edilib və hazırda Bakıda həbsdədir. Azərbaycan hüquq-mühafizə orqanları Vardanyana qarşı terrorizmi maliyyələşdirmək, silahlı qruplaşmalar yaratmaq və sərhədi qanunsuz keçməklə bağlı ittihamlar irəli sürüb. Vardanyanı 14 ilə qədər həbs gözləyir.qaynarinfo
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar