ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp gəncliyində fast food restoranları şəbəkəsində işlədiyini deyən demokrat rəqibi Kamala Harrisə inanmadığını bildirərək getdiyi restoranda kartof qızartması hazırlayaraq müştərilərə təqdim edib. Xəbər lenti
Donald Tramp kartof qızardıb müştərilərə servis etdi - Şəkillər
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp gəncliyində fast food restoranları şəbəkəsində işlədiyini deyən demokrat rəqibi Kamala Harrisə inanmadığını bildirərək getdiyi restoranda kartof qızartması hazırlayaraq müştərilərə təqdim edib.ABŞ-ın sabiq prezidenti Tramp Pensilvaniya ştatında seçki fəaliyyəti çərçivəsində fast food restoranları şəbəkəsinə daxil olub.
Tramp restorana daxil olan kimi “Hər kəsə salam, bu gün bu restoranda ilk günümdür, iş axtarıram” deyib.
Tramp daha sonra pencəyini çıxarıb, önlük taxıb və kartof qızartma aparatından istifadə edərək işçilərlə söhbət edib.
Tramp kartofları qızardaraq, servis gözləyən bir neçə ailəyə menyu təqdim edib.
Qeyd edək ki, Trampın rəqibi Harris prezidentliyə namizəd olduqdan sonra bir proqramda gəncliyində fast food şəbəkəsinin bir şöbəsində işləyərkən kartof qızartdığını, daha sonra isə kassada işlədiyini söyləmişdi. lent.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































