Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tağı Əhmədova haqqımı halal edirəm - Ziya Məmmədov

Tarix: 20-10-2024 14:18     Baxış: 365 A- / A+


Rəhmətlik Tağı Əhmədovu çox yaxından tanıyan adamlardan biriyəm. Onun ailəsinə, yaxınlarına, qohum-əqrəbasına, sevənlərinə səmimi qəlbdən başsağlığı verirəm. Allah rəhmət eləsin.
Manevr.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a sabiq nəqliyyat naziri Ziya Məmmədov Bakı Metropoliteni QSC-nin keçmiş rəisi T.Əhmədovla bağlı danışarkən deyib.
Ziya Məmmədov insanların fərd olaraq müxtəlif olduqlarını qeyd edib:
“Tağı Əhmədovun çox gözəl qəlbi var idi. Müəyyən sözlərinə görə kobud görünə bilərdi. Amma o da bəzi gərginliklər, streslər, işi ilə bağlı hadisələrlə əlaqədar baş verirdi. Mümkündür ki, həmin ərəfələrdə müəyyən suallar, qıcıqlandırıcı yanaşmalar adamın əsəbinə toxunurdu. O anda da məlum olduğu kimi, jurnalistlərə sərt sözlər deyirdi (gülür). Amma doğrudan da onun yumşaq ürəyi var idi”.
Ziya Məmmədov Tağı Əhmədovla bağlı xatirələrini bölüşüb:
“Bilirsiniz, Tağı Əhmədov musiqini çox sevərdi, əsasən də muğama bağlı adam idi. İncəsənətə, poeziyaya, musiqiyə, milli-mənəvi dəyərlərimizdən olan muğamata bağlı insan kobud ola bilməz. Ona görə də onun haqqında həm həmkar, həm eyni sahənin işçiləri kimi çox müsbət təəssüratım var. O baxımdan ona Allahdan yalnız rəhmət diləyirəm”.
Sabiq nazir deyib ki, Tağı Əhmədov olduqca yaxşı insan olub:
“Həyatın enişli-yoxuşlu yolları var. Ola bilsin, müəyyən anlarda nəyəsə əsəbiləşib, kobudluq edib. Hər bir insan əsəbiləşə bilir, gərginlik keçirir. Həmin an xoşməramlı suallar verilməyəndə insan istər-istəməz qıcıqlanır və kobudluq edə bilir. Allah bağışlayanı sevər. Tağı Əhmədov artıq dünyasını dəyişib. Onu da bağışlamaq lazımdır. Hesab edirəm, ondan incik olan da, onu sevən hər kəs də ona halallıq verməlidir. Mən də haqqımı halal edirəm. Bizim də münasibətlərimiz olub, bəzi hallarda gərgin münasibət yaşanıb. Amma nəticədə Tağı Əhmədovun gözəl ürəyə sahib olduğunu bilirəm. Bir daha Allahdan ona rəhmət diləyir, ailəsinə dərin hüznlə başsağlığı verirəm”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar