Sizin Reklam Burada
Xəbər lenti
22-10-2024
21-10-2024
BÜTÜN XƏBƏRLƏR

Mobil operatorlar müştərilərin razılığı olmadan bunu edə biləcək

Tarix: 19-10-2024 18:33     Baxış: 329 A- / A+
Mobil operatorlar müştərilərin razılığı olmadan bunu edə biləcək

Kredit tarixçəsi subyektlərinin (barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxsin) kredit tarixçələri ilə bağlı məlumatları razılıq almadan təqdim edən məlumat təchizatçılarının sırasına mobil telefon operatorlarının daxil edilir.
Manevr.az xəbər verir ki, bu, Milli Məclisin oktyabrın 22-də keçiriləcək iclasının gündəliyinə daxil edilən "Kredit büroları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
 
Bununla da mobil telefon operatorları müştəriləri olan kredit tarixçəsi subyektlərinin məlumatlarını onların razılığı olmadan kredit bürolarına təqdim edə biləcəklər.
 
Qeyd edilib ki, bu, kredit təşkilatlarından kredit götürmək üçün müraciət edən şəxslərin ödəmə qabiliyyətini və borc öhdəliklərinin icra intizamını qiymətləndirmək imkanını artıracaq.
 
Hazırda analoji qayda (müvafiq məlumatların təqdim olunması üçün razılığın tələb olunmaması) kommunal xidmətləri göstərən müəssisələrə tətbiq olunur.
 
Layihəyə əsasən, kredit bürosuna verilən neqativ məlumatlar (kredit tarixçəsi subyektinin borc öhdəliyinin yarandığı vaxtdan onun ödəmə qabiliyyətini və borc öhdəliyinin icra intizamını mənfi xarakterizə edən hər hansı məlumat) barədə bildirişlər kredit tarixçəsi subyektinə kredit bürosu tərəfindən ötürüləcək. Bu dəyişikliyə əsasən kredit tarixçəsi subyekti onun barəsində kredit bürosuna daxil olan neqativ məlumatla bağlı ödənişsiz bildiriş almaq hüququna malik olacaqdır. Bildirişə neqativ məlumatı verən məlumat təchizatçısı barədə məlumat daxil ediləcək. Nəticədə borcalanlar hər hansı ehtiyatsızlıqdan, vaxt məhdudiyyətindən və s. oxşar xarakterli səbəblərdən yaranan neqativ məlumatlar barəsində xəbərdar olaraq, onları vaxtında aradan qaldıra biləcəklər.
 
Qeyd edilib ki, qanun layihəsi kredit bürolarında toplanan məlumatların dairəsini genişləndirilərək kredit tarixçəsi subyektlərinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının daha geniş məlumatlar əsasında qiymətləndirilməsi imkanlarını artıracaq, həmçinin borcalanların onlar barəsində yaranan neqativ məlumatlar barəsində məlumatlandırılması təmin ediləcək və bu əsasda borcalanlar öz borclarını daha effektiv idarəetmə imkanları əldə edəcəklər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar