Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tağı Əhmədovun həyat yoldaşı: "Doğum günümə əbədi hədiyyə qoyub getdi"

Tarix: 19-10-2024 11:46     Baxış: 362 A- / A+


"Dünən mənim doğum günü idi. O, mənim doğum günündə mənə ömürlük hədiyyə qoydu. Doğum günümə əbədi hədiyyə qoyub getdi".
Manevr.az xəbər verir ki, bu sözləri Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədova oxu.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, oktyabrın 18-i xəstəliyinin 4 ili idi, gedişi ilə doğum günümə əbədi hədiyyə qoydu:
"İnsanıq. Bütün hadisələr insanın başına gəlir. Heç kəs heç nə dən sığortalanmayıb, bilinmir 5 dəqiqədən sonra nə olacaq, sabah nə baş verəcək. Getdi, daha bir də qayıtmaz. Dünən mənim doğum günü idi".
S.Əhmədova bildirib ki, Tağı Əhmədov uşaq ürəyinə sahib biri olub:
"Çox gözəl insan idi. Onu kobud, qaba adlandırırlar, amma onun ürəyi uşaq ürəyi kimi idi. Nə bilim. İncisə də tez barışardı. Ailədə mehriban idi.
Özü o cür xəstə idi, ancaq mənimlə maraqlanırdı. Səhhətimdə yaranan problemi soruşurdu".
Qeyd edək ki, Tağı Əhmədov oktyabrın 18-i axşam saatlarında 75 yaşında vəfat edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar