Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yeni evlənən cütlüklərə birdəfəlik müavinət verilə bilər

Tarix: 18-10-2024 22:58     Baxış: 360 A- / A+
Azərbaycanda yeni evlənən cütlüklərə birdəfəlik müavinət verilə bilər - AÇIQLAMAEvlilik elə bir prosesdir ki, xərc tələb edir. Bir çox cütlüklər evlilik sonrası müyyən çətinliklə üz-üzə qala bilir. Bu səbəbdən də yeni evlənən cütlüklərə 500 manat civarında birdəfəlik müavinət verilməsi ilə bağlı addımlar atıla bilərmi?

Sosioloq Üzeyir Şəfiyev bildirib ki, belə addımın atılmağının real olmadığını, bunun əvəzinə gənc ailələr dəstək olmaq üçün başqa addımların atıla biləcəyini qeyd etdi:

"Yeni evlənən cütlüklərə 500 manat civarında birdəfəlik müavinətin verilməsi bağlı təşəbbüs ağlabatan və real görsənmir. Ona görə ki, biz sözügedən məsələyə bir qədər rasional yanaşmalıyıq. Biz belə bir təşəbbüsdənsə fikirləşməliyik ki, gənclər arasında işsizliyi azaldaq, onların məşğulluq məsələlərini həll edək və mənzil-məişət şəraitinin əlçatarlığını təmin etməyə çalışaq. Yeni ailə qurmuş gənclər üçün qardaş Türkiyə Respublikasında olduğu kimi gənc ailələrə dəstək fondu yaradıla bilər. Mənzili olmayan gənclər faizsiz kreditlər götürə bilər və Türkiyədə olduğu kimi 4 ildən sonra hissə-hissə bunu güzəştli şərtlərlə ödəmək imkanına malik ola bilər. O ki, qaldı yeni ailə qurmuş gənclərə bəlli miqdarda birdəfəlik müavinətin verilməsi, bunu real saymıram. Əlbəttə, hər iki valideyinin itirmiş və ya valideyin himayəsindən məhrum gənclərin ailə qurmasına dəstək vermək olar. Ancaq bu işdə təkcə dövlət yox, həm də xeyriyəçi insanların da dəstəyinə ehtiyac var. Lap əvvədən Azərbaycanda belə bir ənənə olub ki, kimsəsiz və valideyin himayəsindən məhrum insanlara, xalqın və imkanlı şəxslər dəstək olublar. Güman edirəm ki, gənc ailələr çətinliklərin aradan qaldırılması üçün sosial dəstək layihələri ilə əhatələnə bilər. Yəni, bu sosial dəstək layihələri region gənclərinə pay torpaq verilməsi ilə bağlı ola bilər ki, onlar paytaxta axın etməsinlər. Bununla yanaşı orada şəhərə nisbətən daha əlçatan faizlərlə ipoteka kreditləri verilə bilər. Düzdü Azərbaycanda güzəştli mənzillər fondu var və gənclərin müəyyən bir kateqoriyasını əhatə edir. Daha yaxşı olar ki, bu kateqoriyaya daha çox sayda, eyni zamanda yeni ailə qurmuş gəncləri də əhatə etsin. Belə tipli addımlar atmaq olar, nəinki, yeni ailə qurmuş gənclərin hamısına birdəfəlik müavinətin verilməsi".

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar