Xəbər lenti
Xanımlar nə üçün xəyanəti bağışlamağa daha çox meyillidir?
"Azərbaycan xanımları ilə digər ölkələrdən olan qadınların xəyanətə baxış tərzi nisbətən fərqlidir".
Manevr.az xəbər verir ki, bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, əksər Azərbaycan xanımları 1990-cı ilə qədər olan xəyanəti bağışlamağa daha çox meyilli olublar:
"İndiki dövrün xanımları isə adətən xəyanəti bağışlamamaq tərəfdarıdırlar. Lakin onların da bir qismi xəyanəti əfv edə bilir. Əlbəttə ki, bu da bir çox səbəbə görə baş verir. Bəzi qadınlar həyat yoldaşlarının xəyanətini müxtəlif səbəblərə görə bağışlayırlar".
Psixoloq həmin səbəblərdən də bəhs edib:
"Əvvəla, bir çox xanım yoldaşını başqa xanımla paylaşmaq istəmir və bu onların haqlarıdır. İllərlə qoruduqları ailənin dağılmaması üçün xəyanətdən keçirlər. Bəzi qadınlar isə gedəcək bir yerləri olmadığı üçün xəyanəti görməzdən gələrək həyatlarına davam edirlər. Əsasən valideynləri arxasında dayanmayan xanımlar belə edirlər. Başqa variantları qalmadığı üçün xəyanəti bağışlamağa məcbur qalırlar".
Nabat Mirzəyeva digər səbəbləri də sıralayıb:
"Həmçinin, 20-30 və ya daha uzun illər evli olan xanımlar da adətən xəyanəti bağışlayırlar. Sanki buna dözmək istəyirlər. Bəzi hallarda isə qadınlar uzun illər evli olduqları həyat yoldaşlarını şüuraltında qohum gözü ilə görməyə başlayırlar. Yəni həyat yoldaşı olaraq deyil, yaxın tanış gördükləri üçün istər-istəməz xəyanəti də bağışlayırlar.
Çünki arada sevgi bağı qalmır, sadəcə qohumluq bağı qalır. Ona görə də həyat yoldaşlarının xəyanəti kiçik bir obrazda görürlər. Düşünür ki, əsas özüdür, yoldaşı da uşaqlarının atasıdır və hara getsə də ona dönəcək. Bu səbəblə də xəyanəti bağışlayırlar".

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar