Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qərbi Azərbaycan Xronikası: “Bölgədə yeni qarşıdurmanın fitili yandırılır, təxribatlar ola bilər”

Tarix: 18-10-2024 09:23     Baxış: 362 A- / A+
Qərbi Azərbaycan Xronikası: “Bölgədə yeni qarşıdurmanın fitili yandırılır, təxribatlar ola bilər”
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Manevr.az xəbər verir ki, “Bölgədə yeni qarşıdurmanın fitili yandırılır, təxribatlar ola bilər” adlı süjetdə bölgədə yeni qarşıdurmanın fitilinin yandırıldığı, xüsusilə Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvadan qayıtdıqdan sonra verdiyi bəyanatlardan təxribat iyisi gəldiyi, bununla əlaqədar rəsmi Bakının ordunu “hazır ol” vəziyyətinə gətirdiyi bildirilir.

Qeyd olunur ki, Bakı-İrəvan xəttində sülh danışıqlarına dair böyük ümidlərin yarandığı vaxt, Ermənistan Azərbaycanı ittiham etməyə başlayıb:
“Ermənistan tərəfi “razılaşdırılmış bəndlər üzrə” saziş imzalamaq, razılaşdırılmamış bəndləri kənara atmaq istəyir, Azərbaycan tərəfi məsələyə “paket formatında” yanaşır, yəni bütün bəndlər razılaşdırılmalıdır. Rəsmi İrəvan bəzi məsələlərdə fırıldağa əl atmağa çalışır və rəsmi Bakıya qarşı “Qərbi Azərbaycan ittihamları”nı intensivləşdirib. Rəsmi Bakı isə Qərbi Azərbaycan layihəsini, yəni azərbaycanlı qaçqınların öz doğma yurdlarına qayıdış hüququnun təmin edilməsini dəstəkləyir. Ermənistan isə Qərbi Azərbaycan məsələsini təhrif etməklə insanların qayıdış hüququnun qarşısını almağa çalışır”.
Diqqətə çatdırılır ki, Nikol Paşinyanın MDB dövlət başçılarının Moskva sammitindən qayıdandan sonra verdiyi bəyanatlar təxribat xarakteri daşıyır. Ermənistan maksimum sülhdən yayınmaq və silahlanmaq yolunu tutub. Hiyləyə əl ataraq sülhdən yayınmaq üçün Azərbaycanı “sülhdə maraqlı olmayan tərəf” kimi təqdim edir, paralel olaraq, silahlanmanı sürətləndirir.
Bildirilir ki, Nikol Paşinyanın bu il oktyabrın 3-də Fransaya səfəri məhz silahlarla bağlı idi: “Baş verənlər Ermənistanın yeni təxribatlara hazırlaşdığından xəbər verir. Rəsmi İrəvan bir tərəfdən informasiya təxribatı həyata keçirir, digər tərəfdən, ordusunu hücum silahları ilə təchiz edir. Bu kontekstdə Azərbaycanda orduya “hazır ol!” əmrinin verilməsi xüsusilə diqqət çəkir. Məlumdur ki, Azərbaycan COP-29 tədbiri zamanı qlobal sülh təşəbbüsünü irəli sürüb və artıq yüzlərlə ölkə bu təşəbbüsü dəstəkləyib. İstisna deyil ki, Ermənistan havadarlarının, xüsusilə Fransanın dəstəyi ilə COP-29 ərəfəsində sərhəd təxribatlarına əl ata, beynəlxalq ictimaiyyətdə “Azərbaycan bizə hücum edir” iddialarını yaya və rəsmi Bakının sülh təşəbbüsünü pozmağa cəhd göstərə bilər”.
Sonda vurğulanır ki, baş verə biləcək təxribat Ermənistana baha başa gələcək: “Prezident İlham Əliyev də Ermənistanın silahlanması ilə bağlı xəbərdarlıq edib. İndi seçim İrəvanındır: ya sülh şəraitində yaşamaq üçün təxribatlardan əl çəkməli və Azərbaycanla razılaşmalı, ya da istənilən təxribatın ağır nəticələrini yaşamalıdır”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında oktyabrın 17-də saat 19:30-da "Baku Tv"nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar