Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu il də kənd təsərrüfatı məhsulları bahalaşacaq – PROQNOZ

Tarix: 17-10-2024 16:12     Baxış: 454 A- / A+
Bu il də kənd təsərrüfatı məhsulları BAHALAŞACAQ – PROQNOZ
Payız fəslinin başlaması ilə bərabər sel xəbərləri gecikmədi. Ötən il Azərbaycanda ən çox sel və daşqın hadisələri baş verib. Belə ki, 2023-cü il ərzində 140-dan çox sel hadisəsi olub. Sel sularının əsas ziyanı da elə kənd təsərrüfatına dəyir. Bu il boyu kənd təsərrüfatı məhsullarının bahalığı müzakirə olunub. Səbəbini yayın quraqlığı ilə əlaqləndirirdilər.
Maraqlıdır, bu il necə olacaq? Yağışın çox yağması kənd təsərrüfatı məhsullarının bahalaşmasına təsir edəcək?

Manevr.az xəbər verir ki, iqtisadçı Rauf Qarayev Bizim.Media-ya bildirib ki, hər il olduğu kimi bu il də həddindən artıq yağış yağarsa, kənd təsərrüfatı məhsulları bahalaşacaq.
“Yağışın çox olması torpaqdakı mineralları yuyub aparır. Bu da məhsuldarlığın aşağı düşməsinə, dolayısı ilə qiymətlərin qalxmasına səbəb olur. Amma qiymət artımında təkcə bu rol oynamır. Yağış nəticəsində kənd təsərrüfatı sahələrinə girişi məhdudlaşan kəndlilər də yığdıqları məhsulları baha satırlar. Çünki yağış nəticəsində yığım çətinləşir. Bu gün yağış yağan kimi bazarda qiymət artımı müşahidə edilir”. 
Bahalaşma ehtimalı olan məhsullar
İqtisadçı bildirib ki, qiymət artımı əsasən torpağın üstündə bitən məhsullara aiddir.
“Pambıq təsərrüfatlarına həddindən artıq yağışın yağması mənfi təsir edir. Bundan başqa gündəlik istifadə olunan tərəvəzlərə gəldikdə isə, xiyar və pomidorun qiymətində artım olacağı güman edilə bilər”.
“Kəndlilər məhsullarını sığortalamağa meyilli olmalıdırlar”
İqtisadçı deyir ki, məhsuldarlığı sabit saxlamaq və kəndliyə dəyən ziyanın ödənməsi üçün sığorta sistemi fəaliyyət göstərir.
“Istənilən hava şəraiti birbaşa olaraq kənd təsərrüfatına, bu da kəndlinin cibinə təsir edir. Zərərin ödənməsi üçün Aqrar Sığorta Fondu fəaliyyət göstərir. Amma sel sularının kənd təsərrüfatına ziyanını azaltmaq üçün  qabaqlayıcı tədbirlər görülməlidir. Tədbirlərdən biri də müxtəlif növ aqroparkların yaradılmasıdır. Aqroparklarda xüsusi mütəxəssislər  işləyir və onlar sel suların qarşısını almaq üçün müxtəlif üsullardan istifadə edirlər”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar