Sizin Reklam Burada
Xəbər lenti
17-10-2024
BÜTÜN XƏBƏRLƏR

Bu il Azərbaycana gələn turistlərin sayı açıqlandı

Tarix: 17-10-2024 13:57     Baxış: 429 A- / A+
Turistlər aldadılır, keyfiyyətsiz və baha xidmət: - Turizmimiz GERİDƏ QALIR
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 1 milyon 983,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,1% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Manevr.az
xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, gələnlərin 28,4 faizi Rusiya Federasiyası, 16,2 faizi Türkiyə, 9,1 faizi Hindistan, 8,1 faizi İran, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4,1 faizi Gürcüstan, 3,3 faizi Qazaxıstan, 2,9 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan, Çin və Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,4 faiz olmaqla Küveyt və Ukrayna, hər birindən 1,2 faiz olmaqla İsrail və Türkmənistan, 1,1 faizi Oman, 1,0 faizi Belarus, 11,3 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib..

Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,3 dəfə, Cənubi Koreyadan - 2 dəfə, Çindən - 1,9 dəfə, İspaniyadan - 1,9 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,6 dəfə, Qazaxıstandan - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, Omandan - 1,5 dəfə, İordaniyadan - 41,3 faiz, İrandan - 38,4 faiz, İtaliyadan - 36,2 faiz, Polşadan - 35,7 faiz, Türkmənistandan - 30,2 faiz, Səudiyyə Ərəbistanından - 28,1 faiz, Yəməndən - 25,3 faiz, ABŞ-dan - 21,8 faiz, Almaniyadan - 21,6 faiz, Özbəkistandan - 20,8 faiz, Misirdən - 20,1 faiz, Rusiya Federasiyasından - 18,4 faiz, Ukraynadan - 18,2 faiz, Türkiyədən - 17,2 faiz, Fransadan - 17,0 faiz, Küveytdən - 16,4 faiz, Moldovadan - 12,3 faiz, Tacikistandan - 11,2 faiz, Gürcüstandan - 10,6 faiz, Böyük Britaniyadan - 10,0 faiz, Bəhreyndən - 10 faiz artıb.

2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 32,2 faiz artaraq 81,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,4 faiz artaraq 337,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,6 faiz artaraq 748,5 min nəfər olub.APA


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar