Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Vasif Talıbovun şirkətinin 10 milyondan çox vergi borcu var

Tarix: 17-10-2024 12:20     Baxış: 4124 A- / A+

Naxçıvanda tütün məmulatlarının istehsalı və satışı ilə məşğul olan “Cahan Tobacco International” MMC-nin dövlətə külli miqdarda vergi borcu yaranıb.
Manevr.az xəbər verir ki, qanuni təmsilçisi Hüseynzadə Amil Cabbar oğlu olan MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinə 10 milyon 561 min 321 manat 79 qəpik vergi borcu var.
Qeyd edək ki, "Cahan Tobacco International" şirkətinin fəaliyyət istiqaməti tütün məhsullarının istehsalıdır. Hazırda fabrikdə "Cahan", "Visore", "Nova" və "Fine" markalı filtrli siqaretlər istehsal olunur. Bu məhsulların istehsalı üçün istifadə olunan xammal və materiallar İngiltərə, Avstriya, Belçika, Malaysiya, Hindistan, İndoneziya və digər ölkələrdən alınır.
"Cahan Tobacco International" MMC "Cahan Holdinq"ə daxildir. Uzun illər mediada bu holdinqin Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsus olduğu barədə məlumatlar dərc edilib.qaynarinfo






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar