Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslər də şəhid hesab oluna bilər

Tarix: 16-10-2024 12:53     Baxış: 363 A- / A+
Azərbaycanda minatəmizləmə prosesi zamanı həlak olan şəxslərə şəhid statusunun verilməsi təklif edilir.
Manevr.az verir ki, bu təkliflə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov parlamentdə çıxış edib.
O qeyd edib ki, Vətən müharibəsindən sonra ilk dəfə ANAMA əməkdaşı Xankəndidə tapılan tələ minasının paliqonda partlaması nəticəsində həyatını itirib: "ANAMA olaraq minatəmizləmə prosesi zamanı həyatını itirən əməkdaşlarımıza şəhid statusunun verilməsini təklif edirik".
B.Məmmədov xatırladıb ki, azad edilən ərazilərdə demək olar mina ilə çirkləndirilməmiş ərazi yoxdur: "Həmin ərazilərdə təxminən 1 milyon 167 min hektar minalarla çirklənib. Həmin ərazilərin 14.2 faizi minalardan təmizlənib. Hazırda təhlükəli ərazi dediyimiz bölgələrin ümumi sahəsi 1 milyon hektardan çoxdur. Bir çox ərazilərdə mina olmasa da, bu tip sursatlar var. Ümumilikdə, keçmiş təmas xətti boyunca yüksək dərəcədə minalarla çirklənmiş ərazilərin sahəsi 250 min hektara yaxındır".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev isə ANAMA rəsmisinin təklifi ilə bağlı bildirib ki, bu məsələ layihənin plenar iclasda müzakirəsi zamanı qaldırıla bilər.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar