Sizin Reklam Burada
Xəbər lenti
17-10-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda referendum keçiriləcək?

Tarix: 15-10-2024 18:40     Baxış: 337 A- / A+
Azərbaycanda referendum keçiriləcək?

2023-cü ilin payız aylarında Azərbaycanda referendumun keçirilməsi ilə bağlı xəbərlər yayılırdı. KİV-də gedən informasiyalara görə, konstitusiyada bir çox ciddi dəyişikliklər ediləcəkdi. Bura proporsional seçki sisteminin bərpası, parlament üzvlərinin sayının artırılması, ikipalatalı parlament sisteminə keçilməsi, Nazirlər Kabinetinin funksiyalarında dəyişikliklər edilməsi, rayon icra hakimiyyətlərinin ləğvi və yeni idarəetmə mexanizminin tətbiqi kimi məsələlərin nəzərdə tutulduğu iddia edilirdi.
 
Lakin uzun müddətdir, bu istiqamətdə məlumatlar və müzakirələr dayanıb. Bu ilin fevral ayında prezident, sentyabr ayında parlament seçkiləri keçirilib, dekabrda isə bələdiyyə seçkilərinin keçirilməsi nəzərdə tutulub. Yəni, görünür, Azərbaycanda iddia edilən referendumun keçirilməsi planlaşdırılmır.
 
Manevr.az-ın xəbərinə görə, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin regional məslələr komitəsinin  üzvü Kamran Bayramov bildirib ki, referendumla bağlı hazırda təşəbbüs yoxdur:
 
"Mətbuatda referendum keçiriləcəyi ilə əlaqədar xəbərlər gedirdi. Amma referendum keçirilməsi üçün müəyyən zərurətlərin olmasına ehtiyac var. Sözün açığı, məncə, belə bir zərurət yoxdur. İcra hakimiyyətlərinin ləğvi ilə bağlı məsələlər müzakirə olunurdu. Amma konkret qərar yoxdusa, hər hansı referendumdan danışmağa dəyməz. Referendum keçiriləndə ictimai dinləmələr olur, Referendum aktı Milli Məclisin müzakirəsinə çıxarılır. Konstitusiyaya görə referendum təşəbbüsü əsasən ölkə başçısının səlahiyyətindədir. Belə təşəbbüs yoxdursa, indiki dövrdə referendumdan danışmağa dəyməz. İcra hakimiyyətinin ləğv olunması, yaxud statusunun dəyişilməsi kimi məslələr də hazırda aktual deyil. Çünki hazırda icra hakimiyyətləri fəaliyyət göstərir. Yalnız icra hakimiyyətlərinə görə referendumun keçirilməsi baş vermir. Bunun üçün konstitusiyanın bir neçə maddəsinə dəyişiklik edilir. Referendum olsaydı, digər məsələlər də ortaya çıxa bilərdi. Bu məsələlər gündəmdə deyil axı. Ona görə də refereumdan danışmağa indiki halda dəyməz".

K.Bayramov  referendumun gözlənilməməsinin digər səbəblərindən də danışıb:
"Həm də nəzərə alın ki, bu il Prezident və Parlament seçkiləri keçirilib. Eləcə də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən COP29 konfransı keçiriləcək. Həm də qarşıdan bələdiyyə seçkiləri gəlir. Düşünürəm ki, bu səbəblərdən də referendum məsələsi aktual deyil. Gələcəkdə zəruri amillər ortaya çıxarsa, hər hansı fundamental konstitusiya dəyişikliklərini nəzərdə tutan islahatlar planlaşdırlarsa, onun aktuallığından danışa bilərik. İndiki mərhələdə məsələ gündəmdə deyil".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar