Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Mayis Əliyevi kresloya bağlayıb pulunu aparana bu cəza verildi

Tarix: 15-10-2024 14:21     Baxış: 462 A- / A+

Azərbaycan Universitetinin professoru, hüquq üzrə elmlər doktoru Mayis Əliyevə hücum edərək ona qarşı quldurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi yekunlaşıb.
Manevr.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, 31 yaşlı Ceyhun Məmmədov quldurluqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə ötən il zərərçəkmişin yaşadığı evdə qeydə alınıb. Ceyhun əvvəldən tanıdığı Mayis Əliyevlə danışmaq üçün evinə daxil olub, onu bıçaqla qorxudaraq təslim edib. Daha sonra M.Əliyevi kresloya oturmağa məcbur edib, əllərini-ayaqlarını kəndir və kabellə, ağzını isə yapışqan lentlə bağlayıb. 
Müqavimət göstərə bilməyəcəyindən əmin olduqdan sonra hüquşünasın telefonundakı bank proqramı vasitəsilə özünə 8 min manat pul köçürüb. Bundan əlavə nağd pul və digər əşyalarını götürərək evdən qaçıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyatla Ceyhun qısa müddətdə tutularaq istintaqa cəlb  olunub.
Qeyd edək ki, Mayis Əliyev Vəkillər Kollegiyasının üzvü, həmçinin "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədridir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar