Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tək şarjla 800 km: Elektrikli 9 nəfərlik təyyarə istifadəyə hazırdır - Şəkil

Tarix: 15-10-2024 08:42     Baxış: 463 A- / A+
Aviasiya sənayesində maraqlı hadisələr baş verir. Sıfır emissiyalı, tamamilə elektriklə işləyən təyyarələr artıq xəyal olmaqdan çıxır.

“Alice” adlı təyyarə 9 sərnişin tutumu və 500 mil (təxminən 805 km) mənzili ilə artıq bir neçə test uçuşu həyata keçirib.

İstehsalçı şirkət artıq “Alice” üçün sifarişlər qəbul etməyə başlayıb və onilliyin sonuna qədər təyyarələrin təhvil veriləcəyi nəzərdə tutulur.

Cənubi Floridada yerləşən “UrbanLink Air Mobility” şirkəti artıq “Alice”nin 19 yerlik variantı üçün sifariş verib və gələcəkdə daha 10 təyyarə almaq istəyini bildirib.

“Alice” 17 metrlik gövdəsində 3,6 tonluq güclü batareya paketi ilə 440 dəniz milinə (təxminən 815 km) qədər uça bilir.

Saatda 287 mil (təxminən 462 km) sürəti ilə diqqət çəkən “Alice” 500 mildən az səfərlər üçün ideal seçim təklif edir.

Şirkət “Alice” ilə sərnişinlərə daxili yanma mühərriklərinin səs-küyündən uzaq, əhəmiyyətli dərəcədə daha sakit uçuş təcrübəsi təqdim edəcək.
Alice ilk sınaq uçuşunu 2022-ci ilin sentyabrında Vaşinqton ştatındakı “Grant County” Beynəlxalq Hava Limanından edib.

8 dəqiqəlik uçuş zamanı 3500 fut hündürlüyə çatan “Alice”, 2015-ci ildə inkişaf prosesi başlayandan sonra mühüm bir mərhələni geridə qoyub.

Şirkətin rəhbəri “Alice”nin sertifikatının 2028-ci ildə tamamlanacağını gözlədiklərini açıqlayıb. lent.az

Manevr.az 

Tək şarjla 800 km: Elektrikli 9 nəfərlik təyyarə istifadəyə hazırdır

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar