Xəbər lenti
"Bir aya yaxındır, bağçada işıq yanmır"

Bir qrup valideyn bildirib ki, uşaqlar hər gün qaranlıq otaqda oturur:
"Uşaqların çay və yemək yeməsi üçün qızdırıcı yoxdur. Belə olan halda uşaqlarımızı bağçaya qoymağa çətinlik çəkirik. Problem artıq 1 aydan çoxdur, davam edir. Biz bununla bağlı aidiyyəti qurumlara müraciətlər də etmişik. Ancaq hələ ki, heç bir nəticə yoxdur".
Məsələ ilə bağlı Mərkəzi-Aran Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan saytımıza cavab olaraq bildirildi ki, sözügedən bağçada elektrik təchizatı ilə bağlı yaranmış vəziyyətlə bağlı məlumat daxil olan kimi müəssisəyə yerində baxış keçirilib: "Mövcud vəziyyət Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən araşdırılıb. Bildiririk ki, cərəyan blokunda yaranmış nasazlıq elektrik təchizatında fasilələrə səbəb olub.
Məsələ ilə bağlı aidiyyəti quruma məlumat verilib. Hazırda məsələnin həlli istiqamətində müvafiq addımlar atılır, məktəbəqədər təhsil müəssisəsinə mütəxəssislər cəlb edilib. Bərpa işləri sürətləndirilib". qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar