Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Etibar Əliyevin məhkəməsi 10 il sonra başa çatdı

Tarix: 14-10-2024 10:57     Baxış: 4103 A- / A+
Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi - QƏRAR
"Texnikabank” ASC-nin (ləğv edilib) Müşahidə Şurasının sədri olmuş Etibar Əliyevin məhkəmə işi 10 il sonra başa çatıb.

Manevr.az
-ın məlumatına görə, 2014-cü ildə istintaqı dayandırılan apellyasiya şikayəti üzrə yekun qərar çıxarılıb.

Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda ağır xəstəliyə yoluxduğu üçün mühakimə edilməsi mümkün olmayan Etibar Əliyevin yazılı ərizəsi elan edilib. O, ərizəsində şikayətindən imtina etdiyini bildirib.

Qədim Babayevin sədrlik etdiyi məhkəmə tərkibi tərəflərin hüquqlarını tanıyıb. 
Qərara əsasən, apellyasiya tələblərindən imtina edildiyindən şikayətlərə baxılmasına xitam verilib.

Bununla da E.Əliyevin 1 il sınaq müddəti seçilməklə 9 il şərti məhkum edilməsi ilə bağlı hökm qanuni qüvvəyə minib.

Qeyd edək ki, Etibar Əliyev 2014-cü ildə dələduzluq, rəsmi sənədləri saxtalaşdırma və vəzifə saxtakarlığı ittihamları ilə cinayət məsuliyyətinə cəlb edilib. Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə ayrıca mühakimə edilən Etibar Əliyevə 9 il şərti azadlıqdan məhrumetmə cəzası verilib. 

Həmin vaxt tərəflər hökmdən apellyasiya şikayəti versə də, E.Əliyev ağır xəstəliyə yoluxduğu üçün məhkəmə istintaqı baş tutmayıb."Qafqazinfo”




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar