Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya hərbçiləri təslim olan 9 ukraynalı əsgəri güllələdi

Tarix: 13-10-2024 20:13     Baxış: 458 A- / A+
Rusiya Silahlı Qüvvələrinin hərbçiləri oktyabrın 10-da Kursk vilayətinin Suca rayonunun Zelyonı Şlyax xutoru ərazisində təslim olan doqquz ukraynalı əsgəri sıraya düzərək güllələyib.
Manevr.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinə yaxın OSINT-layihə olan "DeepState" teleqram kanalı USQ-nin 1-ci ayrı tank briqadasındakı mənbəyə istinadən bildirib.
Analitiklərə görə, ukraynalı hərbçilər dron operatoru və başqa sahə üzrə mütəxəssis olublar.
"Məlumdur ki, oğlanlar nisbətən arxa cəbhədə olduqlarını düşünürdülər, lakin düşmənlə təmasa girmək və atəş açmaq məcburiyyətində qaldılar. Amma döyüş sursatının miqdarı məhdud idi və onlar təslim olmağa məcbur oldular", - "DeepState" açıqlayıb.
Oktyabrın 10-da "DeepState" Suca rayonunun Novoivanovka kəndində topçular və dron operatorlarının döyüşə girməli olduğuna dair məlumat yaymışdı. Sözügedən olayın elə həmin gün baş verdiyi güman edilir.
Ukrayna ombudsmanı Dmitro Lubinets bildirib ki, Ukrayna əsgərlərinin ehtimal olunan güllələnməsi hərbi əsirlərə münasibətdə Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. O, BMT-yə və Beynəlxalq Qırmızı Xaça müraciət edib.
Bu, ayın əvvəlindən Rusiya Silahlı Qüvvələri əsgərləri tərəfindən Ukrayna hərbi əsirlərinin ehtimal olunan güllələnməsinin üçüncü məlum halıdır. Oktyabrın 1-də yayılmış videoda Donetsk vilayətinin Pokrovsk rayonunda 16 ukraynalı əsgərin güllələndiyi göstərilir. Oktyabrın 6-da "Azov" hərbi qüvvələri Donetsk vilayətinin Nyu-York şəhərində Ukrayna Silahlı Qüvvələrinin üç əsgərinin güllələndiyini bildirmişdilər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar