Sizin Reklam Burada
Xəbər lenti
17-10-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt Gigiyena və Epidemiologiya Mərkəzininin əməkdaşları məktəblərdən rüşvət yığır - NARAZILIQ

Tarix: 12-10-2024 17:25     Baxış: 283 A- / A+


Manevr.az-ın elektron poçtuna Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzininin əməkdaşlarının neqativ əməllərindən bəhs edən məktub daxil olub. Sözügedən şikayət məktubunu təqim edirik:

"Azərbaycan Respublikasının Prezidenti
Möhtərəm İlham Əliyev Cənablarına
Surəti : Azərbaycan Respublikasının
Birinci Vitse-Prezidenti
Hörmətli Mehriban Xanım Əliyevaya
Surəti: “Heydər Əliyev Fondu”-nun Vitse-Prezidenti

 Hörmətli Leyla Xanım Əliyevaya
Surəti: Azərbaycan Respublikasının
Baş naziri cənab Əli Əsədova
Surəti: Azərbaycan Respublikasının
Baş naziri cənab Əli Əsədova
Surəti: Azərbaycan Respublikasının Səhiyyə
naziri cənab Teymur Musayevə
Surəti: Azərbaycan Respublikasının Milli Məclisinin sədri
Hörmətli Sahibə Qafarovaya
Surəti: İnsan Hüquqları üzrə müvəkkil,
Ombudsman hörmətli Səbinə Əliyevaya
Surəti: Azərbaycan Respublikasının Elm və Təhsil Naziri
Cənab Emin Əmrullayevə
Surəti: Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin
rəhbərliyinə


Ş İ K A Y Ə T

Şikayətimiz Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzininin Təhminə və Mehriban adlı əməkdaşlarının özbaşınalıqlarındandır. Bu şəxslər vəzifə səlahiyyətlərindən sui- istifadə edərək Sumqayıt şəhər orta məktəblərini özlərinə gəlir mənbəyinə çeviriblər. Yoxlama adı ilə orta məktəblərə gedən bu əməkdaşlar məktəblərdə min bir bəhanə taparaq hədə-qorxu gəlməklə məktəb direktorlarından rüşvət almaqla məşğuldurlar. İlk əvvəl guya planlı yoxlama adı ilə məktəbi yoxlama adı ilə gəlib vəzifələrini icra edirlərmiş kimi görüntü yaradırlar. Daha sonra məktəbin hər hansı bir küncündə toz dənələri “aşkar” edib direktorları 350 manat cərimə yazmaqla hədələyirlər. Bundan sonra isə “danışıqlar” apararaq yazacaqları 350 manat cəriməyə 100-150 manat “endirim kompaniyası”edib 200-250 manat rüşvət alıb gedirlər.

Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi məktəbləri xlorominlə təmin etmir. Buna görə də Sumqayıt şəhər məktəblərinin hamısının sanitar qovşaqları xlorla təmizlənir. Xlor da şəxsi vəsait hesabına alınır. Təhminə adlı əməkdaş isə deyir ki, bu bizlik deyil, Sumqayıt Təhsil idarəsi zəhmət çəkib məktəbləri xlorominlə təmin etməlidir. Heç bir məktəbi yazılı təlimatla təmin etməyən, vəzifələrini yerinə yetirməyən Sumqayıt GEM-nin işi yalnız xərac toplamaqdır.

Məktəbə yırtıcı, zombi sifəti ilə girən Təhminə xanım rüşvətin aldıqdan sonra üzü gülər “mələk” kimi məktəbi tərk edir. Deyilənlərə görə, "zombi" ləqəbli Təhminə xanımın pensiya yaşı da tamam olub. Sizdən xahiş edirik, Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzininin Təhminə və Mehriban adlı əməkdaşlarının (xüsusilə Təhminə adlı əməkdaşın) rüşvətxorluq və özbaşınalıqlarına son qoyulması üçün aidiyyatı üzrə göstəriş verəsiniz. Öncədən Sizə minnətdarıq.

Hörmətlə; Sumqayıt şəhər tam orta
məktəblərin bir qrup kollektivi adından Arzu Məmmədova".


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar