Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputatların maaşından hər ay nə qədər vergi tutulur?

Tarix: 12-10-2024 16:32     Baxış: 443 A- / A+



Milli Məclisin deputatlarının maaşı yenidən gündəm olub. Bu dəfə mövzu onlardan çox vergi tutulması ilə bağlıdır. 7 455 manat əməkhaqqı alan MM üzvlərinə vergi, sığorta və s. tutulduqdan sonra 5 100 manat qalır. Onların aylığının təxminən 2 355 manatı dövlətin büdcəsinə gedir.
Deputat maaşlarından tutulmaların çox olmasının səbəbi nədir?
Manevr.az xəbər verir ki, globalinfo.az-a danışan deputat Aqil Abbas deyib ki, maaşı çox olan hər kəs yüksək vergi ödəyicisi olur.
O, bu məbləğin konkret nə qədər olduğunu bilmədiyini qeyd edib:
"Nəinki deputat, nazir və digər yüksək maaş alan hər kəsdən vergi çox tutulur. Təxmini nə qədər olduğunu deyə bilmərəm, açığı, heç maraqlanmamışam da. Məsələn, 600 manat alan birinin hesabına 539 manat köçürsə, 6 min maaşı olan da o məbləğə uyğun bir vəsait ödəyir. Səhv etmirəmsə, vergi 18 faiz olmalıdır. Düşünmürəm ki, 7 min manatdan 2 mini tutulsun".
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib ki, qanunvericiliyə əsasən, Azərbaycanda əməkhaqqından aşağıdakı icbari ödənişlər tutulur:
"Fiziki şəxslərin gəlirindən müəyyən olunmuş qayda və dərəcədə tutulan gəlir vergisi;
Məcburi dövlət sosial sığorta haqqı üzrə tutulma - sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Şəxsin pensiya kapitalının formaşlaması və müəyyən olunmuş müavinətlərdən istifadə etməsinə hüquq verən ödəniş;
İşsizlikdən sığorta haqqı üzrə tutulma - nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması;
İcbari tibbi sığorta haqqı üzrə tutulma - Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən istifadə etmək üçün ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə təminat verən ödəniş forması".
Sabiq nazir bildirib ki, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun olaraq tutulur:
"Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində:
Vergi tutulan aylıq gəlirin məbləğiVerginin məbləği
2 500 manatadək14 faiz
2 500 manatdan çox olduqda350 manat + 2 500 manatdan çox olan məbləğin 25 faizi
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində (2019-cu il yanvarın 1-dən 7 il müddətində)
Vergiyə cəlb edilən aylıq gəlirVerginin dərəcəsi
8 000 manatadək0 faiz
8 000 manatdan çox olduqda8 000 manatdan çox olan məbləğin14 faizi
Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.
Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində:
  • sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi;
  • sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində (2019-cu il yanvarın 1-dən 7 il müddətində)
Sığorta haqqına cəlb edilən aylıq gəlirsosial sığorta haqqı dərəcəsi
cəmisığortaolunanın gəlirlərindən tutulansığortaedənin vəsaiti hesabına ödənilən
200 manatadək25 faiz3 faiz22 faiz
200 manatdan çox olduqda25 faiz6 manat + 200 manatdan çox olan hissənin 10 faizi44 manat + 200 manatdan çox olan hissənin 15 faizi
İşsizlikdən sığorta haqqı üzrə tutulma:
İşsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:
  • sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə - hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;
  • sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə - işçinin əməkhaqqının 0,5 faizi.
İcbari tibbi sığorta haqqı üzrə tutulma:
İcbari tibbi sığorta haqqı üzrə tutulma aşağıdakı şəkildə aparılır:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərin gəlirlərindən
  • sığortalı tərəfindən
- işçinin əməkhaqqının 8 000 manatadək olan hissəsindən 2 faiz,
- 8 000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz,
  • sığortaolunan tərəfindən
- əməkhaqqının 8 000 manatadək olan hissəsindən 2 faiz,
- 8 000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz".




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar