Sizin Reklam Burada
Xəbər lenti
17-10-2024
BÜTÜN XƏBƏRLƏR

Bu deputatlara yeni vəzifələr verildi

Tarix: 11-10-2024 20:37     Baxış: 343 A- / A+


VII çağırış Milli Məclisin bir sıra beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin rəhbərləri dəyişib.
Manevr.az Monevr.az-a istinadən xəbər verir ki, Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasındakı nümayəndə heyətinə Qaya Məmmədov rəhbərlik edəcək.
Qeyd edək ki, əvvəlki çağırışda bu vəzifəni Azay Quliyev tutub. O, nümayəndə heyətinin adi üzvü seçilib. Nümayəndə heyətinin digər üzvləri Sevinc Fətəliyeva, Tural Gəncəliyev, Pərvin Kərimzadə və Gülşən Paşayevadır.
Milli Məclisin spikeri Sahibə Qafarova yeni çağırışda Parlamentlərarası İttifaq, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası, Türk Dövlətləri Parlament Assambleyası, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası və Qoşulmama Hərəkatı Parlament şəbəkəsindəki nümayəndə heyətlərimizə rəhbərlik edəcək.
Ölkəmizin Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasındakı nümayəndə heyətinə isə Zaur Şükürov sədrlik edəcək.
İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqında nümayəndə heyətinin sədri Rafael Hüseynov, üzvləri Ceyhun Məmmədov, Nigar Məmmədova, Cavanşir Paşazadə və Tənzilə Rüstəmxanlıdır.
Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinə Rizvan Nəbiyev rəhbərlik edəcək. Əvvəlki çağırışda isə bu vəzifəni Əminə Ağayeva tutmuşdu.
NATO Parlament Assambleyasındakı nümayəndə heyətinə Ramid Namazov, Azərbaycan – Avropa Birliyi Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinə Səməd Seyidov rəhbərlik edəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar