Xəbər lenti
Vahid Mustafayevin mağazasından 330 minlik saat oğurlandı

Manevr.az xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasında qeydə alınıb.
Oraya gələn naməlum şəxs 330 min manat dəyərində olan "Breguet" markalı qol saatını gizli yolla talayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq zamanı hadisəni törətməkdə şübhəli bilinən Çin vətəndaşı, 1977-ci il təvəllüdlü Zhang Guomin tutulub.
Hazırda istintaq davam edir.
Qeyd edək ki, VMF şirkəti tanınmış jurnalist Vahid Mustafayevə məxsusdur. Şirkətin adının abreviaturası da məhz onun adı, soyadı və ata adından götürülüb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar