Xəbər lenti
Qafqaz dağlarında "Brokken kabusu" peyda oldu

Bu barədə QTRK "Soçi" məlumat yayıb.
Bu təbiət hadisəsi buludların içərisindən keçən işığın müşahidəçinin kölgəsini onların üzərinə proyeksiya etməsi nəticəsində baş verir. Nəticədə dağlarda nəhəng siluet peyda olur və çox vaxt başının ətrafında halə ilə müşayiət olunur.
Almaniyada Brokken dağının zirvəsində bu cür hadisələr tez-tez baş verdiyindən təbiət hadisəsi məhz belə adlandırılıb. Statistikaya görə, Qafqaz dağlarında da bu cür "kabuslar" müşahidə olunur, lakin bu çox nadir hallarda baş verir.
Tarixə nəzər salsaq, ilk dəfə belə hadisə haqqında 1780-ci ildə alman təbiətşünası Yohann Zilis qeydlər aparmışdır. O, səhər tezdən Brokken dağına qalxarkən buludlar arasında öz kölgəsini və başının ətrafında parıltını görmüşdü. "Brokken kabusu" bəzən "Brokken şeytanı" da adlandırılır. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar